Təqsirimi tamamilə yu, Günahımdan məni təmizlə.
ZƏBUR 51:2
Gündəlik İşıq
Təqsirimi tamamilə yu, Günahımdan məni təmizlə.
ZƏBUR 51:2
Onları Mənə qarşı etdikləri bütün günahlardan təmizləyəcəyəm. Mənə qarşı etdikləri günahları da, üsyankarlıqları da bağışlayacağam.
YEREMYA 33:8
Üstünüzə təmiz su səpəcəyəm, pak olacaqsınız. Sizi bütün murdarlıqlarınızdan və bütlərinizdən təmizləyəcəyəm.
YEZEKEL 36:25
İsa cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz.
YƏHYA 3:5
Çünki əgər təkələrlə buğaların qanı və düyənin külünün murdar olanların üstünə səpilməsi onları təqdis edib cismən təmizləyirsə, deməli, əbədi Ruh vasitəsilə Özünü qüsursuz olaraq Allaha təqdim etmiş Məsihin qanı var olan Allaha ibadət edə bilməmiz üçün vicdanımızı ölüm gətirən əməllərdən nə qədər çox təmizləyəcək!
İBRANİLƏRƏ 9:13-14
Amma Rəbb qüdrətini göstərmək üçün Onları ismi naminə qurtardı.
ZƏBUR 106:8
Bizi yox, ya Rəbb, bizi yox, Məhəbbətin, sədaqətin naminə Öz adını şərəfləndir.
ZƏBUR 115:1
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
18 may 2026
John 5:26
17 may 2026
Ezekiel 20:19
16 may 2026
Romans 1:1
15 may 2026
Revelation 21:4
14 may 2026
Philippians 3:10
13 may 2026
1 Timothy 2:8
12 may 2026
1 John 4:7