11 iyn 2026
Gündəlik İşıq, 12 iyun: Beləcə salehliklə Rəbbə qurbanlar gətirəcəklər
Gündəlik İşıq
Oda davamlı hər şeyi alovdan keçirin ki, pak sayılsın.
Saylar 31:23
Allahınız Rəbb sizi sınayır, görmək istəyir, siz Allahınız Rəbbi bütün qəlbinizlə, bütün varlığınızla sevirsinizmi?
Qanunun Təkrari 13:3
Gümüş əridib təmizləyən adam kimi rəftar edəcək: Levililəri saflaşdırıb qızıl və gümüşü təmizləyən kimi təmizləyəcək. Beləcə salehliklə Rəbbə qurbanlar gətirəcəklər.
Malaki̇ 3:3
Onun əməli bəlli olacaq və qiyamət günü onu ortaya çıxaracaq, çünki odla aşkar olunacaq. Od da hər birinin əməlinin keyfiyyətini sınaqdan keçirəcək.
1 Kori̇nfli̇lərə 3:13
Ey İsrail xalqı, sənə əlimi uzadacağam, Paxırını gilabı ilə təmizləyəcəyəm, Bütün çirkini yuyacağam.
Yeşaya 1:25
Mən onları əridəcəyəm, Sınaqdan keçirəcəyəm.
Yeremya 9:7
Ey Allah, bizi sınaqdan keçirtdin, Sən bizi gümüş kimi təmizləyib saflaşdırdın. ... Oda düşdük, suya düşdük, Axırda bizi Sən bolluğa çıxartdın.
Zəbur 66:10, 12
Odun içindən qaçsan belə, yanmayacaqsan, Alov səni məhv etməyəcək.
Yeşaya 43:2
Biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq.
1 Peter 2:24
Bu təlimə görə əvvəlki həyat tərzinizə məxsus olub aldadıcı ehtiraslarla pozulmaqda olan köhnə mənliyi kənara atın, ruhən və əqlən yeniləşin, əsl salehlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənliyə bürünün.
Efesli̇lərə 4:22–24
Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb.
Kolosseli̇lərə 3:3
Belə ki Atanın izzəti ilə Məsih ölülər arasından dirildiyi kimi biz də həmin cür yeni həyat sürək. Bunu bilirik ki, günahlı bədənin aradan qaldırılması üçün, daha günaha qul olmayaq deyə köhnə mənliyimiz Onunla birlikdə çarmıxa çəkildi. Çünki ölmüş adam günahdan azad olub. Beləcə siz də özünüzü Məsih İsada olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə isə diri sayın. Ona görə də qoymayın ki, günah sizin fani bədəninizə hökmranlıq etsin və siz də bədəninizin ehtiraslarına itaət edəsiniz. ... əksinə, özünüzü ölülər arasından dirilənlər kimi Allaha, bədəninizin üzvlərini də salehlik aləti olmaq üçün yenə Allaha təslim edin.
Romalilara 6:4, 6–7, 11–13
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax10 iyn 2026
Luka 15:13 · 1 Kori̇nfli̇lərə 6:11
9 iyn 2026
Yəhya 7:46 · Zəbur 45:2
8 iyn 2026
Yaradiliş 39:3 · Zəbur 128:1–2
7 iyn 2026
Luka 18:1 · Luka 11:5–8
6 iyn 2026
Sefanya 3:17 · Qanunun Təkrari 7:7–8
5 iyn 2026
Luka 17:10 · Romalilara 3:27
