8 iyn 2026
Gündəlik İşıq, 9 iyun: Yəni Allahın kəlamını götürün
Gündəlik İşıq
Hələ indiyəcən heç bir insan belə danışmayıb.
Yəhya 7:46
Bəşər övladlarının ən gözəli sənsən, Dodaqlarından lətafətli sözlər tökülür, Çünki Allah səni əbədilik xeyir-dualı edib.
Zəbur 45:2
Yorğunlara sözlə dayaq olmağı bilim deyə Xudavənd Rəbb mənə savadlıların dilini verdi.
Yeşaya 50:4
Şirindillidir, Təpədən dırnağadək gözəldir. Ey Yerusəlimdəki qızlar, mənim sevgilim budur.
Nəğmələr Nəğməsi̇ 5:16
Bu vaxt hamı Onun haqqında yaxşı sözlər deyirdi və Onun ağzından çıxan lütf dolu kəlmələrə heyrət edirdi.
Luka 4:22
Çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi.
Matta 7:29
Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın.
Kolosseli̇lərə 3:16
Yəni Allahın kəlamını götürün.
Efesli̇lərə 6:17
Allahın kəlamı canlı və təsirlidir, hər ikiağızlı qılıncdan da itidir.
İbrani̇lərə 4:12
Ona görə ki döyüş silahlarımız cisimdən düzəldilən silahlar deyil, qalaları dağıdan ilahi qüvvəyə malik silahlardır. Nəzəriyyələri, Allah barədə biliyə qarşı çıxan hər bir səddi yıxıb hər bir düşüncəni əsir edərək Məsihə itaət etdiririk.
2 Kori̇nfli̇lərə 10:4–5
Pislərin qələbə çalması qısa çəkər.
Əyyub 20:5
Sən də onu dabanından sancacaqsan.
Yaradiliş 3:15
Amma indi sizin vaxtınızdır, zülmət hökmranlığıdır.
Luka 22:53
Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin.
İbrani̇lərə 2:14
Allah başçıları və hakimləri tərk-silah edib, onlara çarmıxda qələbə çalaraq aləmdə rüsvay etdi.
Kolosseli̇lərə 2:15
Ayıq durun, oyaq olun. Çünki düşməniniz olan iblis nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır. Möhkəm imanla ona qarşı durun.
1 Peter 5:8–9
İblisə qarşı durun və o sizdən qaçacaq.
Yaqub 4:7
Şər adam salehin qəsdinə durur, Ona qarşı dişlərini qıcayır. Amma Xudavənd şər adama gülür, Onun dövranının az olmasını bilir.
Zəbur 37:12–13
Sülh qaynağı olan Allah Şeytanı tezliklə ayaqlarınızın altında əzəcək.
Romalilara 16:20
Onları aldadan iblis də vəhşi heyvanın və yalançı peyğəmbərin atıldığı yerə – odlu kükürd gölünə atıldı. Bunlar gecə-gündüz, əbədi olaraq işgəncə çəkəcək.
Vəhy 20:10
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax7 iyn 2026
Luka 18:1 · Luka 11:5–8
6 iyn 2026
Sefanya 3:17 · Qanunun Təkrari 7:7–8
5 iyn 2026
Luka 17:10 · Romalilara 3:27
4 iyn 2026
Haqqay 2:9 · Bi̇ri̇nci̇ Salnamələr 22:5
3 iyn 2026
Matta 25:13 · Luka 21:34–36
2 iyn 2026
Çixiş 12:11 · Mi̇keya 2:10
