2 iyn 2026
Gündəlik İşıq, 3 iyun: Beləliklə, oyaq olun (Matta 25:13)
Gündəlik İşıq
Beləliklə, oyaq olun. Çünki siz nə günü, nə də saatı bilirsiniz.
Matta 25:13
Özünüzə fikir verin! Qoy ürəkləriniz eyş-işrət və sərxoşluqla, bu həyatın qayğıları ilə yüklənməsin. Qoy qiyamət günü bir tələ kimi üzərinizə qəflətən gəlməsin. Çünki o gün yer üzündə yaşayanların hamısının üstünə gələcək. Ona görə də baş verəcək bütün bu fəlakətlərdən qaçıb Bəşər Oğlunun önündə dura bilmək üçün hər an dua edərək ayıq olun.
Luka 21:34–36
Rəbbin günü oğru gecə gəldiyi kimi gələcək. İnsanlar «sülh və təhlükəsizlik» deyəndə hamilə qadının ağrıları necə qəfildən tutursa, onlar da elə qəfil məhvə düçar olacaq və bundan əsla qaça bilməyəcəklər. Amma, qardaşlar, siz qaranlıqda deyilsiniz ki, o gün sizi oğru kimi yaxalasın. Axı hamınız nur və gündüz övladlarısınız. Biz nə gecənin, nə də qaranlığın övladlarıyıq. Ona görə gəlin başqaları kimi yatmayaq, əksinə, oyanıb ayıq-sayıq dayanaq.
1 Saloni̇kli̇lərə 5:2–6
Külli-İxtiyar Allah Mənəm. Mənim yolumla get və kamil ol.
Yaradiliş 17:1
Demirəm ki, indi bunlara malik olmuşam və yaxud kamilləşmişəm. ... hesab etmirəm ki, bunu tutmuşam. Yalnız bir şey edirəm: arxada qalanları unudub qarşımda olana çatmaq üçün cəhd edirəm və hədəfə doğru qaçıram ki, mükafatı alım, yəni Allahın Məsih İsada yuxarıya çağırışına nail olum.
Fi̇li̇pi̇li̇lərə 3:12–14
Allahla bir yol getdi. Sonra qeyb oldu, çünki Allah onu Öz yanına götürdü.
Yaradiliş 5:24
Lakin Rəbbimiz və Xilaskarımız İsa Məsihin lütfündə və Onu tanımaqda böyüyün.
2 Peter 3:18
Biz hamımız niqabsız üzdə Rəbbin ehtişamını əks etdirərək Rəbbin surətində dəyişilirik. Ruh olan Rəbdən yaranan bu ehtişam get-gedə bizdə görünməyə başlayır.
2 Kori̇nfli̇lərə 3:18
İsa bunları söylədikdən sonra başını göyə qaldırıb dedi: «Ey Ata, vaxt gəldi ... Onları dünyadan götürməyi deyil, şər olandan qorumağı Səndən xahiş edirəm. Mən onlarda, Sən də Məndə olmaqla bütünlüklə bir olsunlar ki, dünya Sənin Məni göndərdiyini, Məni sevdiyin kimi onları da sevdiyini bilsin.
Yəhya 17:1, 15, 23
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax1 iyn 2026
Qalati̇yalilara 5:22 · Çixiş 34:6
31 may 2026
Yaradiliş 32:28 · Huşə 12:3–4
30 may 2026
İbrani̇lərə 4:11 · Matta 7:13–14
29 may 2026
Levi̇li̇lər 17:11 · Yəhya 1:29
28 may 2026
Fi̇li̇pi̇li̇lərə 3:20 · Ti̇tə 2:11–14
27 may 2026
Nahum 1:7 · Yeremya 33:11
