27 may 2026
Gündəlik İşıq, 28 may: Budur bizim Allahımız! (Yeşaya 25:9)
Gündəlik İşıq
Bizsə səma vətəndaşlarıyıq və oradan Xilaskar olan Rəbb İsa Məsihi həvəslə gözləyirik.
Fi̇li̇pi̇li̇lərə 3:20
Çünki Allahın bütün insanlara xilas gətirən lütfü zühur etdi. Bu lütf bizə allahsızlığı və dünyəvi ehtirasları rədd edib, bu dövrdə ağıllı-kamallı, saleh və möminliyə uyğun bir ömür sürməyi öyrədir. Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək. O Özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın.
Ti̇tə 2:11–14
Amma biz Allahın vədinə əsasən salehliyin sakin olacağı yeni göyləri və yeni yeri gözləyirik. Buna görə, sevimlilər, madam ki bunları gözləyirsiniz, Allahın önündə ləkəsiz və nöqsansız olaraq sülh içində yaşamağa səy göstərin.
2 Peter 3:13–14
Eləcə də Məsih bir çoxlarının günahını Öz üzərinə götürmək üçün bir dəfə təqdim edilmişdir və ikinci dəfə günahın öhdəsindən gəlmək üçün deyil, xilas gətirmək üçün Onu gözləyənlərə zühur edəcək.
İbrani̇lərə 9:28
O gün deyəcəklər: «Budur bizim Allahımız! Ona etibar etdik, O bizi qurtardı, Rəbb Odur, biz Ona ümid etdik. İndi isə O bizi qurtardığına görə Sevinib şadlanaq!»
Yeşaya 25:9
Elə qaçın ki, mükafatı qazanasınız.
1 Kori̇nfli̇lərə 9:24
Tənbəl deyər: Bayırda aslan var.
Süleymanin Məsəlləri̇ 22:13
Buna görə bu qədər böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün biz hər bir yükü və bizi asanlıqla çaşdıran günahı tərk edib qarşımızdakı yarışda dözümlə qaçaq. Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək.
İbrani̇lərə 12:1–2
Bu vədlərə malik olduğumuza görə Allahdan qorxub kamil müqəddəsliyə çataraq bizi cisimdə və ruhda murdarlayan hər şeydən özümüzü təmizləyək.
2 Kori̇nfli̇lərə 7:1
Və hədəfə doğru qaçıram ki, mükafatı alım, yəni Allahın Məsih İsada yuxarıya çağırışına nail olum.
Fi̇li̇pi̇li̇lərə 3:14
Beləliklə, mən də məqsədsiz qaçmıram. ... Lakin bədənimi məcburən özümə qul edirəm ki, başqalarına vəz edəndən sonra mükafatımdan məhrum olmayım.
1 Kori̇nfli̇lərə 9:26–27
Çünki bu dünyanın indiki vəziyyəti keçib-gedir.
1 Kori̇nfli̇lərə 7:31
Amma biz Allahın vədinə əsasən salehliyin sakin olacağı yeni göyləri və yeni yeri gözləyirik. Buna görə, sevimlilər, madam ki bunları gözləyirsiniz.
2 Peter 3:13–14
Buna görə ağlınızı toplayıb ayıq durun. Ümidinizi bütünlüklə İsa Məsihin zühurunda sizə veriləcək lütfə bağlayın.
1 Peter 1:13
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax26 may 2026
İbrani̇lərə 13:20 · 1 Peter 5:4
25 may 2026
Zəbur 31:19 · Yeşaya 64:4
24 may 2026
Efesli̇lərə 4:30 · Romalilara 15:30
23 may 2026
Çixiş 28:12 · İbrani̇lərə 7:24–25
22 may 2026
Yəhya 14:27 · 1 Yəhya 2:17
21 may 2026
Efesli̇lərə 6:10 · Zəbur 71:16
