24 may 2026
Gündəlik İşıq, 25 may: Xeyirxahlığın nə qədər böyükdür!
Gündəlik İşıq
Xeyirxahlığın nə qədər böyükdür! Bunu Səndən qorxanlar üçün saxladın.
Zəbur 31:19
Ona etibar edənlər üçün belə işlər edən Allahı, Əzəldən bəri Səndən başqasını nə göz görüb, nə də qulaq eşidib.
Yeşaya 64:4
Allahın Onu sevənlər üçün hazırladıqlarını Nə göz görüb, nə qulaq eşidib, Nə də insan ürəyi dərk edib. Bizə isə Allah bunları Öz Ruhu ilə açdı.
1 Kori̇nfli̇lərə 2:9–10
Mənə həyat yolunu öyrədirsən, Doyunca sevinc Sənin hüzurundadır, Sağ əlində hər zaman səadət var.
Zəbur 16:11
Ey Allah, məhəbbətin nə qədər qiymətlidir! Bəşər övladları Sənin qanadlarının kölgəsinə sığınır. Evinin bolluğu ilə onları doydurursan, Sənin xoşhal edən axar çayından onları içirirsən. Çünki həyat mənbəyi Səndədir, Biz Sənin nurunla görə bilirik.
Zəbur 36:7–9
Möminlik isə hər şey üçün faydalıdır, çünki bunda indi və gələcək üçün həyat vədi var.
1 Ti̇moteyə 4:8
Gözləri odlu alova, ayaqları da pardaqlanmış tunca bənzəyən Allah Oğlu belə deyir.
Vəhy 2:18
İnsan ürəyi hər şeydən hiyləgərdir, Çarəsi yoxdur. Onu kim başa düşə bilər? «Mən Rəbb ürəyi yoxlayıram, İnsanın fikrini sınayıram ki, Hər kəsə əməllərinə görə, İşlərinin bəhrəsinə görə əvəz verim».
Yeremya 17:9–10
Hüzurunda təqsirlərimizi üzə çıxarmısan, Gizli günahlarımıza üzünün işığını salmısan.
Zəbur 90:8
Onda Rəbb dönüb Peterə baxdı. ... Ona görə oradan çıxıb hönkür-hönkür ağladı.
Luka 22:61–62
Amma İsa bütün adamların daxilini bildiyi üçün onlara güvənməzdi. Bir adam haqqında kiminsə Ona şəhadət etməsinə ehtiyacı yox idi, çünki insanın ürəyindən keçənləri bilirdi.
Yəhya 2:24–25
Çünki necə yarandığımızı bilir, Torpaqdan düzəlməyimizi unutmur.
Zəbur 103:14
Əzilmiş qamışı qırmayacaq, Tüstülənən piltəni söndürməyəcək.
Yeşaya 42:3
Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın.
2 Ti̇moteyə 2:19
Yaxşı çoban Mənəm. Necə ki Ata Məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır. ... Quzularım səsimi eşidir, Mən də onları tanıyıram və Mənim ardımca gəlirlər. Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq.
Yəhya 10:14, 27–28
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax23 may 2026
Çixiş 28:12 · İbrani̇lərə 7:24–25
22 may 2026
Yəhya 14:27 · 1 Yəhya 2:17
21 may 2026
Efesli̇lərə 6:10 · Zəbur 71:16
20 may 2026
1 Ti̇moteyə 4:16 · 1 Kori̇nfli̇lərə 9:25–27
19 may 2026
Zəbur 51:2 · Yeremya 33:8
18 may 2026
Yəhya 5:26 · 2 Ti̇moteyə 1:10
