Sülh qaynağı olan Allah – qoyunların böyük Çobanı olan Rəbbimiz İsanı əbədi Əhdin qanı ilə ölülər arasından dirildən Allah
İBRANİLƏRƏ 13:20
Gündəlik İşıq
Sülh qaynağı olan Allah – qoyunların böyük Çobanı olan Rəbbimiz İsanı əbədi Əhdin qanı ilə ölülər arasından dirildən Allah
İBRANİLƏRƏ 13:20
Baş Çoban zühur etdiyi zaman siz solmayan izzət tacı alacaqsınız.
1 PETER 5:4
14-Yaxşı çoban Mənəm. Necə ki Ata Məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır. Mən quzular uğrunda canımı qurban verirəm.
YƏHYA 10:14
Quzularım səsimi eşidir, Mən də onları tanıyıram və Mənim ardımca gəlirlər. Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq.
YƏHYA 10:27-28
Rəbb mənim çobanımdır, möhtac olmaram. O məni yaşıl çəmənlərdə dincəldir, Sakit axan sular kənarında gəzdirir. Məni yenə də canlandırır, İsmi şərəfinə salehlik yolları ilə aparır.
ZƏBUR 23:1-3
Hamımız qoyun kimi yolu azmışdıq, Hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu.
YEŞAYA 53:6
Yaxşı çoban Mənəm, yaxşı çoban qoyunlar uğrunda canını qurban verər.
YƏHYA 10:11
“İtəni axtaracaq, azanı geri qaytaracaq, yaralı olana sarğı qoyacaq, xəstə olana qüvvət verəcək, ancaq harınlayanları və güclü olanları həlak edəcəyəm. Mən qoyunlarımı ədalətlə otaracağam”.
YEZEKEL 34:16
Hamınız qoyun kimi yolunuzu azmışdınız, indi isə canınızın Çobanına və Nəzarətçisinə tərəf döndünüz.
1 PETER 2:25
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
25 may 2026
Psalms 31:19
24 may 2026
Ephesians 4:30
23 may 2026
Exodus 28:12
22 may 2026
John 14:27
21 may 2026
Ephesians 6:10
20 may 2026
1 Timothy 4:16
19 may 2026
Psalms 51:2