Rəbb xeyirxahdır, dar gündə sığınacaqdır, Ona güvənənləri tanıyır.
NAHUM 1:7
Gündəlik İşıq
Rəbb xeyirxahdır, dar gündə sığınacaqdır, Ona güvənənləri tanıyır.
NAHUM 1:7
sevinc və şadlıq sədası, bəy-gəlin səsi, Rəbbin məbədinə şükür təqdimləri gətirənlərin səsi yenə eşidiləcək: ‹Ordular Rəbbinə şükür edin, Çünki O, xeyirxahdır, Məhəbbəti əbədidir›. Çünki Mən ölkədən sürgün olunanları əvvəlki kimi geri qaytaracağam” Rəbb belə bəyan edir.
YEREMYA 33:11
Allah bizə sığınacaqdır, qüvvətdir, Dar gündə çox kömək edir.
ZƏBUR 46:1
Rəbb haqqında belə söyləyir: «O mənim sığınacağımdır, qalamdır, Allahımdır, Ona güvənirəm».
ZƏBUR 91:2
Ey İsrail! Nə bəxtiyarsan, Sənin kimisi varmı? Rəbbin qurtardığı xalqsan! Rəbb sipərdir, köməyinə çatandır, Əzəmətli qılıncındır. Sənə düşmənlər yaltaqlanır, Sən onların yuxarı yerlərini tapdalayırsan».
QANUNUN TƏKRARI 33:29
Amma kim Allahı sevirsə, Allah onun haqqında hər şeyi bilir.
1 KORİNFLİLƏRƏ 8:3
Lakin Allahın atdığı möhkəm təməl bu sözlərlə möhürlənib durur: «Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın».
2 TİMOTEYƏ 2:19
Çünki Rəbb salehlərin yolunu qoruyur, Pislərinsə yolu onları ölümə aparır.
ZƏBUR 1:6
Rəbb Musaya cavab verdi: «Sən Məndən dilədiyin bu şeyi edəcəyəm. Çünki gözümdə lütf tapdın və səni adınla tanıyıram».
ÇIXIŞ 33:17
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
26 may 2026
Hebrews 13:20
25 may 2026
Psalms 31:19
24 may 2026
Ephesians 4:30
23 may 2026
Exodus 28:12
22 may 2026
John 14:27
21 may 2026
Ephesians 6:10
20 may 2026
1 Timothy 4:16