Nəhayət, Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin.
EFESLİLƏRƏ 6:10
Gündəlik İşıq
Nəhayət, Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin.
EFESLİLƏRƏ 6:10
Ey Xudavənd Rəbb, qüdrətinlə dolanıb-gəzəcəyəm, Sənin, yalnız Sənin salehliyini bəyan edəcəyəm.
ZƏBUR 71:16
Mən Müjdədən utanmıram, çünki o, iman edən hər kəsin – əvvəlcə Yəhudinin, sonra da Yunanın xilası üçün Allahın qüdrətidir.
ROMALILARA 1:16
Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır.
FİLİPİLİLƏRƏ 4:13
Bu məqsədlə də zəhmət çəkirəm və Onun məndə qüdrətlə fəaliyyət göstərən qüvvəsi ilə mübarizə aparıram.
KOLOSSELİLƏRƏ 1:29
Üstün qüvvənin bizdən yaranmadığı, Allaha aid olduğu bilinsin deyə bu xəzinəni saxsı qablarda saxlayırıq.
2 KORİNFLİLƏRƏ 4:7
Nehemya da onlara dedi: «Gedin, yağlı yemək yeyin, şirin içki için və hazırlıqlı olmayanlara da pay göndərin, çünki bu gün Xudavəndimiz üçün müqəddəsdir. Kədərlənməyin, çünki Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir».
NEHEMYA 8:10
hər şeyə dözərək səbir edə bilməniz üçün Onun izzətli qüvvəsinə güvənərək hər cür qüdrətlə möhkəmlənəsiniz,
KOLOSSELİLƏRƏ 1:11
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
20 may 2026
1 Timothy 4:16
19 may 2026
Psalms 51:2
18 may 2026
John 5:26
17 may 2026
Ezekiel 20:19
16 may 2026
Romans 1:1
15 may 2026
Revelation 21:4
14 may 2026
Philippians 3:10