O Şəxs dedi: «Artıq sənə Yaqub deyil, İsrail deyiləcək, çünki sən Allahla və insanlarla güləşib üstün gəlmisən».
YARADILIŞ 32:28
Gündəlik İşıq
O Şəxs dedi: «Artıq sənə Yaqub deyil, İsrail deyiləcək, çünki sən Allahla və insanlarla güləşib üstün gəlmisən».
YARADILIŞ 32:28
O hələ ana bətnində ikən Qardaşının topuğundan tutdu, Böyüklük çağında Allahla güləşdi. Mələklə güləşib ona üstün gəldi, Ağlayaraq Ondan xeyirxahlıq istədi. Allah onu Bet-Eldə tapdı.
HUŞƏ 12:3-4
Allahın vədinə imansızlıqla şübhə etmədi, əksinə, imanında möhkəm durub Allahı izzətləndirdi.
ROMALILARA 4:20
İsa cavab verib onlara dedi: «Allaha imanınız olsun. Sizə doğrusunu deyirəm: kim bu dağa “Qalx, dənizə atıl!” deyərsə və ürəyində şübhə etmədən dediyinin olacağına inanarsa, onun üçün ediləcək. Buna görə sizə deyirəm: dua edib hər nə diləsəniz, inanın ki, artıq almısınız və istədiyiniz sizin üçün ediləcək.
MARK 11:22-24
İsa ona dedi: «“Bacarırsansa” nə sözdür? İman edən üçün hər şey mümkündür!»
MARK 9:23
Rəbbin ona dediyi sözlərin yerinə yetəcəyinə inanan qadın nə bəxtiyardır!».
LUKA 1:45
Həvarilər Rəbbə dedilər: «İmanımızı artır!»
LUKA 17:5
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
30 may 2026
Hebrews 4:11
29 may 2026
Leviticus 17:11
28 may 2026
Philippians 3:20
27 may 2026
Nahum 1:7
26 may 2026
Hebrews 13:20
25 may 2026
Psalms 31:19
24 may 2026
Ephesians 4:30