7 iyn 2026
Gündəlik İşıq, 8 iyun: Allahınız Rəbb sizinlə deyilmi?
Gündəlik İşıq
Rəbb onunladır və etdiyi hər işdə ona uğur verir.
Yaradiliş 39:3
Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan! Çünki öz əlinin bəhrəsini yeyəcəksən, Xoşbəxt olub uğur qazanacaqsan.
Zəbur 128:1–2
Rəbbə güvən, yaxşılıq et, Bu diyarda arxayın ömür sür. Rəbdən zövq al, O da səni ürəyinin istəklərinə çatdıracaq.
Zəbur 37:3–4
Qorxma və ruhdan düşmə, çünki Allahın Rəbb gedəcəyin hər yerdə səninlədir.
Yeşua 1:9
Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək.
Matta 6:33
Allahdan qorxmağı öyrədən Zəkəriyyənin ömrü boyu Uzziya Allahı axtarırdı və Rəbbi axtardığı dövrdə Allah onun işini avand etdi.
İki̇nci̇ Salnamələr 26:5
Ehtiyatlı olun ki, Allahınız Rəbbi unutmayasınız. Bu gün sizə buyurduğum Rəbbin əmr, hökm və qaydalarına riayət edin. Ürəyinizdə “biz öz qabiliyyətimizlə və biləyimizin gücü ilə bu sərvəti qazandıq” deməyəsiniz.
Qanunun Təkrari 8:11, 17
Allahınız Rəbb sizinlə deyilmi? O.
Bi̇ri̇nci̇ Salnamələr 22:18
Niyə ürəyinizdə belə düşünürsünüz?
Mark 2:8
Hətta təxminən yüz yaşında ikən öz bədəninin artıq ölüyə bənzədiyini, arvadı Saranın da bətninin ölü olduğunu anladı, amma imanı azalmadı. Allahın vədinə imansızlıqla şübhə etmədi, əksinə, imanında möhkəm durub Allahı izzətləndirdi.
Romalilara 4:19–20
Bax hansı daha asandır? İflicə “günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, döşəyini götür və yeri!” demək?
Mark 2:9
Bacarırsansa nə sözdür? İman edən üçün hər şey mümkündür!
Mark 9:23
Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir.
Matta 28:18
Niyə qorxursunuz? Hələ imanınız yoxdurmu?
Mark 4:40
Göydə uçan quşlara baxın ... Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi?
Matta 6:26
Nə üçün çörəyinizin yoxluğundan danışırsınız? Hələ dərk etmirsinizmi? Beş min nəfər üçün beş çörəyi və neçə zənbil yığdığınızı xatırlamırsınızmı?
Matta 16:8–9
Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək.
Fi̇li̇pi̇li̇lərə 4:19
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax6 iyn 2026
Sefanya 3:17 · Qanunun Təkrari 7:7–8
5 iyn 2026
Luka 17:10 · Romalilara 3:27
4 iyn 2026
Haqqay 2:9 · Bi̇ri̇nci̇ Salnamələr 22:5
3 iyn 2026
Matta 25:13 · Luka 21:34–36
2 iyn 2026
Çixiş 12:11 · Mi̇keya 2:10
1 iyn 2026
Qalati̇yalilara 5:22 · Çixiş 34:6
