O durub öz atasının yanına getdi. Oğul hələ uzaqda ikən atası onu gördü. Ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü.
LUKA 15:20
Gündəlik İşıq
O durub öz atasının yanına getdi. Oğul hələ uzaqda ikən atası onu gördü. Ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü.
LUKA 15:20
Rəbb rəhmli və lütfkardır, Hədsiz səbirli və bol məhəbbətlidir. Həmişə töhmətləndirməz, Qəzəbi sonsuza qədər sürməz. Bizimlə günahlarımıza görə davranmaz, Təqsirlərimizin əvəzini çıxmaz. Çünki göylər yerdən nə qədər ucadırsa, Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür. Nə qədər şərq qərbdən uzaqdırsa, Qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb. Ata övladlarına rəhm etdiyi kimi Rəbb də Ondan qorxanlara elə rəhm edir.
ZƏBUR 103:8-13
Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız; övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha «Abba, Ata» deyə nida edirik. Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övladlarıyıq.
ROMALILARA 8:15-16
Amma bir zamanlar uzaq olan sizlər indi Məsih İsada Məsihin qanı sayəsində yaxın oldunuz.
EFESLİLƏRƏ 2:13
Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz.
EFESLİLƏRƏ 2:19
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
10 iyn 2026
Luke 15:13
9 iyn 2026
John 7:46
8 iyn 2026
Genesis 39:3
7 iyn 2026
Luke 18:1
6 iyn 2026
Zephaniah 3:17
5 iyn 2026
Luke 17:10
4 iyn 2026
Haggai 2:9