4 iyl 2026
Gündəlik İşıq, 5 iyul: Onun lütfü ilə xilas oldunuz
Gündəlik İşıq
Biz Allahın bizə olan məhəbbətini anlayıb buna inandıq.
1 Yəhya 4:16
Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz. Allah bizi Məsih İsada, Onunla birlikdə dirildib səmada oturtdu. Bunu Məsih İsada bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyini gələcək dövrlərdə də göstərmək üçün etdi.
Efesli̇lərə 2:4–7
Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun.
Yəhya 3:16
O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?
Romalilara 8:32
Rəbb hamıya xeyirxahlıq edər, Yaratdıqlarının hər birinə mərhəmət göstərər.
Zəbur 145:9
Biz sevirik, çünki öncə O bizi sevdi.
1 Yəhya 4:19
Rəbbin ona dediyi sözlərin yerinə yetəcəyinə inanan qadın nə bəxtiyardır!.
Luka 1:45
Təkəbbürlü olmayın, məzlumlarla dostluq edin.
Romalilara 12:16
Qardaşlarım, izzətli Rəbbimiz İsa Məsihə iman edənlər olaraq insanlar arasında tərəfkeşlik etməyin. ... dinləyin: Allah bu dünyada kasıbları imanda zənginləşmək və Onu sevənlərə vəd etdiyi Padşahlığın varisi olmaq üçün seçmədimi?
Yaqub 2:1, 5
Hər kəs öz xeyrini yox, başqalarının xeyrini güdsün.
1 Kori̇nfli̇lərə 10:24
Yeməyimiz və paltarımız varsa, bunlarla kifayətlənirik. Zəngin olmaq istəyənlərsə sınağa və tora düşərlər; insanı məhvə və həlaka aparan bir çox axmaq və ziyanverici ehtiraslara batırlar.
1 Ti̇moteyə 6:8–9
Allah isə müdrikləri utandırmaq üçün dünyanın ağılsız saydıqları, güclüləri utandırmaq üçün dünyanın zəif saydıqları, dünyanın dəyərli sayılanlarını heç etmək üçün dünyanın xor baxdıqları, əsilsiz və dəyərsiz sayılan kəsləri də seçdi ki, Allahın qarşısında heç bir insan öyünməsin.
1 Kori̇nfli̇lərə 1:27–29
Ya Rəbb, təkəbbürlü deyiləm, Gözümü yuxarı yerlərə dikməmişəm.
Zəbur 131:1
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax3 iyl 2026
Romalilara 8:17 · Qalati̇yalilara 3:29
2 iyl 2026
Çixiş 12:43 · İbrani̇lərə 13:10
1 iyl 2026
Qalati̇yalilara 5:22 · Efesli̇lərə 5:1
30 iyn 2026
Vəhy 3:19 · İbrani̇lərə 12:5–6
29 iyn 2026
1 Yəhya 5:3 · Yəhya 6:40
28 iyn 2026
Əyyub 19:25 · Romalilara 5:10
