3 iyl 2026
Gündəlik İşıq, 4 iyul: Ana südəmər körpəsini heç unudarmı?
Gündəlik İşıq
Şagirdlərindən biri – İsanın sevimli şagirdi Onun köksünə sığınmışdı.
Yəhya 13:23
Övladına təsəlli verən bir ana tək Mən sizə təsəlli verəcəyəm.
Yeşaya 66:13
Adamlar uşaqları İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun ... Sonra uşaqları qucaqlayıb əllərini onların üzərinə qoydu və xeyir-dua verdi.
Mark 10:13, 16
İsa şagirdlərini yanına çağırıb dedi: «Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə heç nələri yoxdur. Onları evlərinə ac yola salmaq istəmirəm ki, yolda taqətdən düşməsinlər».
Matta 15:32
Zəifliklərimizdə bizim halımıza acıya bilməsin. Əksinə.
İbrani̇lərə 4:15
Məhəbbəti və mərhəməti ilə Onları satın aldı.
Yeşaya 63:9
Sizi yetim qoymaram, yanınıza gələcəyəm.
Yəhya 14:18
Rəbb isə deyir: «Ana südəmər körpəsini heç unudarmı? Bətnindən çıxan oğluna rəhm etməzmi? Ana öz körpəsini unutsa belə, Mən səni əsla unutmaram.
Yeşaya 49:15
Çünki taxtın ortasında olan Quzu Onların Çobanı olacaq, Onları həyat suyunun qaynaqlarına aparacaq, Allah onların bütün göz yaşlarını siləcək.
Vəhy 7:17
O, saleh olan İsa Məsihdir. O bizim günahlarımıza görə – təkcə bizim günahlarımıza görə deyil.
1 Yəhya 2:1–2
İsrailli gözətçilər fironun yanından çıxanda yolda durub onları gözləyən Musa və Harunla rastlaşıb dedilər: «Qoy Rəbb sizin nə etdiyinizi görsün və sizi məhkum etsin! Siz bizi fironla əyanlarının gözündə iyrənc etdiniz və bizi öldürmək üçün əllərinə qılınc verdiniz». Musa Rəbbə müraciət edib dedi: «Ey Xudavənd, nə üçün xalqı belə bəlaya saldın? Məni niyə göndərdin?
Çixiş 5:20–22
Bəli, Rəbb Ondan qorxanları qurtarmaq üçün, Ehtişamını ölkəmizdə saxlamaq üçün yaxınlaşır! Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq, Salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək.
Zəbur 85:9–10
Amma Sən bağışlayansan, Ona görə hamı Səndən çəkinir. Ey İsrail, Rəbbə ümidini bağla! Çünki Rəbdə məhəbbət var, Onda bol-bol qurtuluş var. Ey İsrail, O səni Bütün təqsirlərindən azad edər!
Zəbur 130:4, 7–8
Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub və Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır. Allah İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları Onun qanı vasitəsilə bağışlansın. Bunu Öz salehliyini göstərmək üçün etdi.
Romalilara 3:23–25
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax2 iyl 2026
Çixiş 12:43 · İbrani̇lərə 13:10
1 iyl 2026
Qalati̇yalilara 5:22 · Efesli̇lərə 5:1
30 iyn 2026
Vəhy 3:19 · İbrani̇lərə 12:5–6
29 iyn 2026
1 Yəhya 5:3 · Yəhya 6:40
28 iyn 2026
Əyyub 19:25 · Romalilara 5:10
27 iyn 2026
Vəhy 6:17 · Malaki̇ 3:2
