26 iyn 2026
Gündəlik İşıq, 27 iyun: Zühur edəndə kim davam gətirə bilər?
Gündəlik İşıq
Çünki qəzəblərinin böyük günü gəlib çatdı və ona qarşı kim dura bilər?
Vəhy 6:17
Ancaq Onun gələcəyi günə kim tab gətirə bilər? Zühur edəndə kim davam gətirə bilər? Çünki O, əridicinin odu, yuyucunun sabunu kimi olacaq.
Malaki̇ 3:2
Bundan sonra mən gördüm ki, hər millətdən, hər tayfadan, hər xalqdan və hər dildən olan, heç kəsin saya bilməyəcəyi böyük bir kütlə taxtın və Quzunun önündə dayanıb. Onlar ağ xalat geyinib, əllərində xurma budaqları tutublar. ... Bunlar böyük əziyyətdən keçib gələnlərdir. Onlar öz xalatlarını yuyub Quzunun qanı ilə ağartdılar. ... Onlar bir daha nə ac, Nə də susuz qalacaq, Günəş və qızmar isti Onları vurmayacaq. Çünki taxtın ortasında olan Quzu Onların Çobanı olacaq, Onları həyat suyunun qaynaqlarına aparacaq, Allah onların bütün göz yaşlarını siləcək.
Vəhy 7:9, 14–17
Deməli, indi Məsih İsada olanlara heç bir məhkumluq yoxdur.
Romalilara 8:1
Məsih azad olmağımız üçün bizi azad etdi. Ona görə də möhkəm durun və yenidən köləlik boyunduruğuna tabe olmayın.
Qalati̇yalilara 5:1
Qulunu məhkəməyə çəkmə, Bu bəşəriyyət içindən kimsə qarşında saleh çıxmaz.
Zəbur 143:2
Rəbb deyir: «Gəlin indi birgə düşünək bu an, Günahlarınız qıpqırmızı parça kimi görünsə də, Onlar qar kimi ağ olacaq, Tünd qırmızı rəngə çalsa da, Onlar ağ yun kimi bəyaz olacaq.
Yeşaya 1:18
Yaxud qoy Mənə pənah gətirsinlər, Mənimlə barışsınlar, Bəli, qoy Mənimlə barışsınlar.
Yeşaya 27:5
Allahla barışıb dost olsan.
Əyyub 22:21
Imanla saleh sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmış oluruq.
Romalilara 5:1
Lakin biz bilirik ki, insan Qanuna əməl etməklə deyil, yalnız İsa Məsihə iman etməklə saleh sayılır.
Qalati̇yalilara 2:16
Qanuna əməl etməklə heç bir insan Allahın önündə saleh sayılmayacaq.
Romalilara 3:20
Iman edən hər kəs bu İnsanda saleh sayılacaq.
Həvari̇ləri̇n İşləri̇ 13:39
Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun!
1 Kori̇nfli̇lərə 15:57
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax25 iyn 2026
1 Yəhya 3:2 · Yəhya 1:12
24 iyn 2026
Saylar 10:33 · Zəbur 31:15
23 iyn 2026
Yəhya 14:16–17 · Yəhya 16:7
22 iyn 2026
Kolosseli̇lərə 3:3 · Romalilara 6:2
21 iyn 2026
1 Peter 2:21 · Mark 10:45
20 iyn 2026
Çixiş 2:9 · Matta 20:4
