Gündəlik İşıq, 24 iyun: Sən harada qalırsan? (Yəhya 1:38)

Gündəlik İşıq

Gündəlik İşıq
Bütün yazılar

Rəbbin Əhd sandığı da üç gün onların önündə getdi ki, dincələcəkləri yeri onlara göstərsin.

Mənim hər anım Sənin əlindədir.

Sevdiyi Yaqubun fəxri olan torpağı.

Ya Rəbb, ədalətinlə məni düz yola yönəlt, Düşmənlərimin üzündən Öz yolunu qarşımda düzəlt.

Yolunu Rəbbə ver, Ona güvən, O edəcək.

Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər.

Sağa ya sola azdığınız vaxt Arxanızdan «Yol budur, gedin bu yolla» Deyilən səsi eşidəcəksiniz.

Rəbb mənim çobanımdır, möhtac olmaram. O məni yaşıl çəmənlərdə dincəldir, Sakit axan sular kənarında gəzdirir.

Ata övladlarına rəhm etdiyi kimi Rəbb də Ondan qorxanlara elə rəhm edir. Çünki necə yarandığımızı bilir, Torpaqdan düzəlməyimizi unutmur.

Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir.

Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır.

Sən harada qalırsan?» «Rabbi» «Müəllim» deməkdir. İsa onlara dedi: «Mənimlə gəlin.

Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm? Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız.

Qalib gələnə Mənimlə birgə Öz taxtımda oturmağa imkan verəcəyəm.

Uca və əzəmətli, Əbədi yaşayan, adı müqəddəs Olan Belə deyir: «Mən yüksək və müqəddəs yerdə yaşadığım halda Ruhu əzilənlərlə, özünü aşağı tutanlarla birlikdəyəm ki, Özünü aşağı tutanların ruhunu dirildim, Əzilmişlərin ürəyini dirçəldim.

Bax qapının önündə durub onu döyürəm; kim səsimi eşidib qapını açsa, onun yanına gələcəyəm və Mən onunla, o da Mənimlə birgə şam edəcəyik.

Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm.

Ey Allah, məhəbbətin nə qədər qiymətlidir! Bəşər övladları Sənin qanadlarının kölgəsinə sığınır.

Müqəddəs Kitab sitatları da daxil olmaqla, süni intellektlə tərcümə edilib — istənilən istinadı açaraq onu Azərbaycan Bibliyası 2008 dilində oxuyun.

© United Bible Societies 2009 www.unitedbiblesocieties.org

Ahmet Yüksek ✪ tərəfindən Unsplash-də çəkilmiş foto

Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).