24 iyn 2026
Gündəlik İşıq, 25 iyun: O hər şeyi qüdrətli kəlamı ilə saxlayır
Gündəlik İşıq
Məsih zühur edəndə biz Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik.
1 Yəhya 3:2
Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi.
Yəhya 1:12
Beləliklə, O bizə çox böyük və dəyərli vədlər verdi ki, bunlar vasitəsilə ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan qaçıb ilahi təbiətə şərik olasınız.
2 Peter 1:4
Ona etibar edənlər üçün belə işlər edən Allahı, Əzəldən bəri Səndən başqasını nə göz görüb, nə də qulaq eşidib.
Yeşaya 64:4
İndi biz güzgüdəki kimi tutqun görürük, o zaman isə üzbəüz görəcəyik. İndi biliyim məhduddur, o zaman isə haqqımda hər şey bilindiyi kimi mən də hər şeyi biləcəyəm.
1 Kori̇nfli̇lərə 13:12
Bizsə səma vətəndaşlarıyıq və oradan Xilaskar olan Rəbb İsa Məsihi həvəslə gözləyirik. O hər şeyi Özünə tabe etməyə qadir olan qüvvəsinin təsiri ilə bizim yazıq bədənimizi dəyişdirib Öz izzətli bədəninə bənzər hala gətirəcək.
Fi̇li̇pi̇li̇lərə 3:20–21
Amma mən salehliklə üzünə baxacağam, Oyananda Səni görməklə doyacağam.
Zəbur 17:15
Yaxınımın üstünə get Bəyan edir Ordular Rəbbi.
Zəkəri̇yyə 13:7
Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır.
Kolosseli̇lərə 2:9
Bir cəngavərə kömək etdim, Xalqın içindən onu seçib yüksəltdim.
Zəbur 89:19
Üzümsıxanda üzümü tək sıxdım, Yanımda xalqlardan heç kim olmadı.
Yeşaya 63:3
Möminliyin sirri böyükdür: O, cismən zühur etdi, Ruh tərəfindən təsdiq olundu.
1 Ti̇moteyə 3:16
Çünki bizim üçün körpə doğuldu, Bizə oğul verildi, Hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq.
Yeşaya 9:6
Oğul Allahın izzətinin əksi və mahiyyətinin tam surətidir. O hər şeyi qüdrətli kəlamı ilə saxlayır. O, günahlardan təmizlənməni təmin edəndən sonra ucalarda möhtəşəm Allahın sağında oturdu.
İbrani̇lərə 1:3
Amma Oğul haqqında bunu deyir: «Ey Allah, taxtın əbədilik.
İbrani̇lərə 1:8
Allahın bütün mələkləri qoy Onun qarşısında səcdə etsin.
İbrani̇lərə 1:6
Padşahların Padşahı və ağaların Ağası.
Vəhy 19:16
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax23 iyn 2026
Yəhya 14:16–17 · Yəhya 16:7
22 iyn 2026
Kolosseli̇lərə 3:3 · Romalilara 6:2
21 iyn 2026
1 Peter 2:21 · Mark 10:45
20 iyn 2026
Çixiş 2:9 · Matta 20:4
19 iyn 2026
İbrani̇lərə 12:14 · Yəhya 3:3
18 iyn 2026
Çixiş 25:21–22 · İbrani̇lərə 9:8
