Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb.
KOLOSSELİLƏRƏ 3:3
Gündəlik İşıq
Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb.
KOLOSSELİLƏRƏ 3:3
Əsla! İndi ki biz günaha münasibətdə ölmüşük, artıq günah içində necə yaşaya bilərik?
ROMALILARA 6:2
Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın Oğluna olan imanla yaşayıram.
QALATİYALILARA 2:20
Bəli, O hər kəs uğrunda öldü ki, qoy yaşayanlar artıq özləri üçün deyil, onlar uğrunda Ölüb-Dirilən üçün yaşasınlar.
2 KORİNFLİLƏRƏ 5:15
Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər keçib-getdi, təzə şeylər gəldi.
2 KORİNFLİLƏRƏ 5:17
Bunu da bilirik ki, Allahın Oğlu gəlib bizə Haqq Olanı tanımaq üçün dərrakə verdi. Biz də Haqq Olanda, Onun Oğlu İsa Məsihdəyik. Həqiqi Allah və əbədi həyat Odur.
1 YƏHYA 5:20
hamısı bir olsun. Ey Ata, Sən Məndə, Mən də Səndə olduğum kimi onlar da Bizdə olsun ki, dünya Sənin Məni göndərdiyinə inansın.
YƏHYA 17:21
Siz də Məsihin bədənisiniz, ayrı-ayrılıqda isə bu bədənin üzvlərisiniz.
1 KORİNFLİLƏRƏ 12:27
Az bir müddətdən sonra dünya daha Məni görməyəcək, amma siz Məni görəcəksiniz. Mən yaşadığım üçün siz də yaşayacaqsınız.
YƏHYA 14:19
Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələnə Mən gizli saxlanan mannadan verəcəyəm. Ona bir ağ daş da verəcəyəm ki, üstündə yeni ad yazılıb; bu adı da daşı alandan başqa heç kəs bilmir.
VƏHY 2:17
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
21 iyn 2026
1 Peter 2:21
20 iyn 2026
Exodus 2:9
19 iyn 2026
Hebrews 12:14
18 iyn 2026
Exodus 25:21-22
17 iyn 2026
Philippians 4:6
16 iyn 2026
Ephesians 5:15-16
15 iyn 2026
Deuteronomy 29:29