Allahımız Rəbbin sirləri var, lakin bəzi şeyləri bizə və övladlarımıza əbədilik aşkar etdi ki, bu qanunun bütün sözlərinə əməl edək.
QANUNUN TƏKRARI 29:29
Gündəlik İşıq
Allahımız Rəbbin sirləri var, lakin bəzi şeyləri bizə və övladlarımıza əbədilik aşkar etdi ki, bu qanunun bütün sözlərinə əməl edək.
QANUNUN TƏKRARI 29:29
Ya Rəbb, təkəbbürlü deyiləm, Gözümü yuxarı yerlərə dikməmişəm, Gücüm çatmayan böyük işlərə girişməmişəm. Ovunub səsimi kəsmişəm, Ana qucağında olan körpə kimiyəm, Sanki bir sakit körpəyə dönmüşəm.
ZƏBUR 131:1-2
Rəbb Ondan qorxanlara sirrini açar, Onlara Öz əhdini öyrədər.
ZƏBUR 25:14
Ancaq göylərdə sirləri açan bir Allah var və gələcəkdə nə olacağını padşah Navuxodonosora O bildirdi. Yatarkən gördüyün yuxu və görüntü belə idi:
DANİEL 2:28
Bunlar yalnız Onun etdiklərinin bir zərrəsidir, Ondan eşitdiyimiz çox zəif bir pıçıltıdır. Axı qüdrətli gurultusunu kim dərk edə bilər?»
ƏYYUB 26:14
Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim.
YƏHYA 15:15
Əgər Məni sevirsinizsə, əmrlərimə riayət edəcəksiniz. Mən də Atadan xahiş edəcəyəm və O sizə başqa bir Vəsatətçi göndərəcək ki, daim sizinlə olsun. O, həqiqət Ruhudur. Onu dünya qəbul edə bilməz, çünki Onu nə görür, nə də tanıyır. Sizsə Onu tanıyırsınız, çünki sizinlə qalır və daxilinizdə olacaq.
YƏHYA 14:15-17
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
14 iyn 2026
Philippians 3:10
13 iyn 2026
John 15:4
12 iyn 2026
Numbers 31:23
11 iyn 2026
Luke 15:20
10 iyn 2026
Luke 15:13
9 iyn 2026
John 7:46
8 iyn 2026
Genesis 39:3