Belə ki Məsihi və Onun dirilmə qüdrətini, əzablarına şərikliyi də dərk edim və Onun ölümündə Ona bənzəyim ki,
FİLİPİLİLƏRƏ 3:10
Gündəlik İşıq
Belə ki Məsihi və Onun dirilmə qüdrətini, əzablarına şərikliyi də dərk edim və Onun ölümündə Ona bənzəyim ki,
FİLİPİLİLƏRƏ 3:10
Əksinə, Məsihin əzablarına nə qədər şərik olursunuzsa, o qədər sevinin ki, Onun izzətli zühurunda hədsiz sevinəsiniz.
1 PETER 4:13
Bu söz etibarlıdır ki, «Əgər Onunla öldüksə, Onunla da yaşayacağıq;
2 TİMOTEYƏ 2:11
Əgər Onun övladlarıyıqsa, deməli, həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün Onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq.
ROMALILARA 8:17
Eləcə də Allah vədin varislərinə iradəsinin dəyişməzliyini daha açıq-aşkar etmək istəyərək Öz vədini andla təsdiqlədi. Belə ki qarşımıza qoyulan ümidə bağlanmaq üçün Allaha sığınan bizlər Allahın bunlarda yalan danışması qeyri-mümkün olduğuna görə iki dəyişilməz şeydə – Onun vəd və andında böyük təsəlliyə malik olaq.
İBRANİLƏRƏ 6:17-18
Rəbbimiz İsa Məsihin Özü və bizi sevib lütfü ilə əbədi cəsarət və xeyirli ümid verən Atamız Allah sizi ürəkləndirsin, hər yaxşı söz və əməldə möhkəmləndirsin.
2 SALONİKLİLƏRƏ 2:16-17
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
13 iyn 2026
John 15:4
12 iyn 2026
Numbers 31:23
11 iyn 2026
Luke 15:20
10 iyn 2026
Luke 15:13
9 iyn 2026
John 7:46
8 iyn 2026
Genesis 39:3
7 iyn 2026
Luke 18:1