Fironun qızı ona dedi: «Bu körpəni götürüb mənim üçün əmizdir, sənə bunun haqqını verərəm». Qadın körpəni götürüb əmizdirdi.
ÇIXIŞ 2:9
Gündəlik İşıq
Fironun qızı ona dedi: «Bu körpəni götürüb mənim üçün əmizdir, sənə bunun haqqını verərəm». Qadın körpəni götürüb əmizdirdi.
ÇIXIŞ 2:9
Onlara da dedi: “Siz də üzüm bağına gedin və haqqınızı düz verərəm”.
MATTA 20:4
Məsihə məxsus olduğunuz üçün kim sizə bir kasa su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq.
MARK 9:41
Comərd bolluğa yetişər, Su verənə su verilər.
SÜLEYMANIN MƏSƏLLƏRİ 11:25
Axı Allah ədalətsiz deyil ki, əməlinizi və Onun adı ilə müqəddəslərə əvvəldən və indi də xidmət etməklə göstərdiyiniz məhəbbəti unutsun.
İBRANİLƏRƏ 6:10
Əkənlə sulayanın isə dəyəri eynidir. Hər biri öz zəhmətinə görə mükafat alacaq.
1 KORİNFLİLƏRƏ 3:8
Onda salehlər Ona cavab verib deyəcəklər: “Ya Rəbb, biz Səni nə vaxt ac görüb yemək verdik və ya susamış görüb su verdik? Nə vaxt Səni qərib görüb qəbul etdik və ya çılpaq görüb geyindirdik?
MATTA 25:37-38
Padşah da cavab verib onlara deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”.
MATTA 25:40
O zaman Padşah sağındakılara deyəcək: “Ey sizlər, Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın.
MATTA 25:34
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
19 iyn 2026
Hebrews 12:14
18 iyn 2026
Exodus 25:21-22
17 iyn 2026
Philippians 4:6
16 iyn 2026
Ephesians 5:15-16
15 iyn 2026
Deuteronomy 29:29
14 iyn 2026
Philippians 3:10
13 iyn 2026
John 15:4