25 iyn 2026
Gündəlik İşıq, 26 iyun: Kaş Sən mənə xeyir-dua verəydin!
Gündəlik İşıq
Kaş Sən mənə xeyir-dua verəydin! ... mənə kömək ol və əzab çəkməyim deyə məni şərdən qoru. Allah da istədiyi şeyi ona verdi.
Bi̇ri̇nci̇ Salnamələr 4:10
Rəbbin xeyir-duası insana sərvət gətirər, Daha ona qüssə verməz.
Süleymanin Məsəlləri̇ 10:22
Amma Allah səssiz dursa, kim Onu ittiham edə bilər? Üzünü gizlədərsə, kim Onu görə bilər?
Əyyub 34:29
Qurtuluş Rəbdəndir, Qoy Sənin xeyir-duan xalqının üzərində olsun!
Zəbur 3:8
Xeyirxahlığın nə qədər böyükdür! Bunu Səndən qorxanlar üçün saxladın. Bütün bəşər övladları qarşısında Sənə pənah gətirənlərə xeyirxahlıq etdin.
Zəbur 31:19
Onları dünyadan götürməyi deyil, şər olandan qorumağı Səndən xahiş edirəm.
Yəhya 17:15
Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar.
Matta 7:7–8
Rəbb qullarının canını azad edir, Rəbbə pənah gətirən məhkum olmur.
Zəbur 34:22
Rəbb o gecə onları Misirdən qurtarmaq üçün ayıq saxladı.
Çixiş 12:42
Rəbb İsa Ona xəyanət edildiyi gecə əlinə çörək götürdü, şükür edib onu böldü və dedi: «Bu Mənim sizin üçün verilən bədənimdir. Bunu Məni xatırlamaq üçün edin». Eləcə də axşam yeməyindən sonra kasanı götürüb dedi: «Bu kasa Mənim qanımla bağladığım Yeni Əhddir. Bunu hər dəfə içəndə Məni xatırlamaq üçün edin».
1 Kori̇nfli̇lərə 11:23–25
İsa Özü isə onlardan bir daş atımı qədər uzaqlaşdı və diz çöküb dua etdi. İsa dəhşətli iztirab içində daha səylə dua edirdi. Onun təri yerə düşən qan damlalarına bənzəyirdi.
Luka 22:41, 44
Pasxaya hazırlıq günü idi. Altıncı saat radələri idi. ... Əsgərlər İsanı götürüb apardılar. İsa çarmıxını Özü daşıyaraq ibranicə Qolqota ... Orada Onu və başqa iki nəfəri çarmıxa çəkdilər.
Yəhya 19:14, 16–18
Çünki bizim Pasxa quzumuz olan Məsih qurban verildi. Buna görə köhnə maya ilə, kin və pislik mayası ilə yox, amma səmimiyyətin və həqiqətin mayasız çörəyi ilə bayram edək.
1 Kori̇nfli̇lərə 5:7–8
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax24 iyn 2026
Saylar 10:33 · Zəbur 31:15
23 iyn 2026
Yəhya 14:16–17 · Yəhya 16:7
22 iyn 2026
Kolosseli̇lərə 3:3 · Romalilara 6:2
21 iyn 2026
1 Peter 2:21 · Mark 10:45
20 iyn 2026
Çixiş 2:9 · Matta 20:4
19 iyn 2026
İbrani̇lərə 12:14 · Yəhya 3:3
