Amma mən bilirəm ki, Satınalanım yaşayır, Axırda O, yer üzərində dayanacaq.
ƏYYUB 19:25
Gündəlik İşıq
Amma mən bilirəm ki, Satınalanım yaşayır, Axırda O, yer üzərində dayanacaq.
ƏYYUB 19:25
Əgər biz Allahın düşməni olduğumuz vaxt Onun Oğlunun ölməsi ilə Allahla barışdıqsa, barışdıqdan sonra Onun həyatı vasitəsilə daha qəti olaraq xilas olacağıq.
ROMALILARA 5:10
Lakin İsa əbədi yaşadığı üçün daimi kahinliyə malikdir. Buna görə O Özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir. Çünki O onlar üçün vəsatətçilik etməkdən ötrü həmişə yaşayır.
İBRANİLƏRƏ 7:24-25
Az bir müddətdən sonra dünya daha Məni görməyəcək, amma siz Məni görəcəksiniz. Mən yaşadığım üçün siz də yaşayacaqsınız.
YƏHYA 14:19
Əgər yalnız bu həyat üçün Məsihə ümid bağlamışıqsa, biz hamıdan yazığıq. Əslində Məsih ölülər arasından, vəfat edənlərin ilki olaraq dirildi.
1 KORİNFLİLƏRƏ 15:19-20
Rəbb bəyan edir: «Satınalan Siona gələcək, Yaqub nəslinin üsyankarlıqdan dönənlərinin yanına gələcək».
YEŞAYA 59:20
7-Tam hikmət və dərrakə ilə bizə bol-bol göstərdiyi Öz zəngin lütfünə görə biz Oğlunda, Onun qanı vasitəsilə satınalınmaya – təqsirlərimizin bağışlanmasına malikik.
EFESLİLƏRƏ 1:7
Bildiyiniz kimi, siz ata-babalarınızdan irs olaraq aldığınız puç həyat tərzindən qızıl ya gümüş kimi fani şeylərlə deyil, qüsursuz və ləkəsiz quzuya bənzəyən Məsihin qiymətli qanı bahasına satın alınmısınız.
1 PETER 1:18-19
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
27 iyn 2026
Revelation 6:17
26 iyn 2026
1 Chronicles 4:10
25 iyn 2026
1 John 3:2
24 iyn 2026
Numbers 10:33
23 iyn 2026
John 14:16-17
22 iyn 2026
Colossians 3:3
21 iyn 2026
1 Peter 2:21