28 iyn 2026
Gündəlik İşıq, 29 iyun: Onun əmrləri isə ağır deyil
Gündəlik İşıq
Onun əmrləri isə ağır deyil.
1 Yəhya 5:3
Çünki Atamın iradəsi budur ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyata malik olsun və Mən onu son gündə dirildim.
Yəhya 6:40
Və Ondan nə diləyiriksə, alırıq. Ona görə ki Onun əmrlərinə riayət edirik və önündə Ona məqbul olan işlər görürük.
1 Yəhya 3:22
Çünki mənim boyunduruğum rahat və yüküm yüngüldür.
Matta 11:30
Əgər Məni sevirsinizsə, əmrlərimə riayət edəcəksiniz.
Yəhya 14:15
Kim əmrlərimə bağlı qalıb onlara riayət edirsə, Məni sevən odur. Məni sevəni Atam sevəcək. Mən də onu sevib Özümü ona zahir edəcəyəm.
Yəhya 14:21
Hikmətə çatan, Dərrakə tapan insan nə bəxtiyardır! Onun yolları bəyənilir, Bütün yolları əmin-amandır.
Süleymanin Məsəlləri̇ 3:13, 17
Qanununu sevənlər böyük əmin-amanlıq tapırlar, Onlar heç nə ilə büdrəməzlər.
Zəbur 119:165
Bir yandan daxili varlığım Allahın qanunundan zövq alır.
Romalilara 7:22
Onun əmri də budur ki, biz Onun Oğlu İsa Məsihin adına iman edək və Onun bizə əmr etdiyi kimi bir-birimizi sevək.
1 Yəhya 3:23
Sevən insan qonşusuna qarşı pis iş görməz, buna görə də məhəbbət Qanunun tamamlanmasıdır.
Romalilara 13:10
Gənclikdə günahkar, üsyankar oldum, Bunları yadına salma.
Zəbur 25:7
Üsyankarlığını bulud kimi dağıtdım, Günahlarını duman kimi sildim, Mənə tərəf dön.
Yeşaya 44:22
Mənəm Öz xatirimə görə sənin üsyankarlığını silən, Bəli, Mən günahlarını da yada salmaram.
Yeşaya 43:25
Rəbb deyir: «Gəlin indi birgə düşünək bu an, Günahlarınız qıpqırmızı parça kimi görünsə də, Onlar qar kimi ağ olacaq, Tünd qırmızı rəngə çalsa da, Onlar ağ yun kimi bəyaz olacaq.
Yeşaya 1:18
Günahlarını daha yada salmayacağam Rəbb belə bəyan edir.
Yeremya 31:34
Bütün günahlarımızı Dənizin dərinliklərinə atacaqsan.
Mi̇keya 7:19
Sən sevginlə canımı qəbirdən qurtardın, Bütün günahlarımı aradan götürdün.
Yeşaya 38:17
Sağ qalan xalqının cəzasını aradan götürən ... Qəzəbini əbədi saxlamazsan, Çünki məhəbbət göstərməyi xoşlayırsan.
Mi̇keya 7:18
Mən Yəhyadan Asiya vilayətindəki yeddi imanlılar cəmiyyətinə salam! Var Olan, Var Olmuş və Gəlməli Olandan, Onun taxtının önündəki yeddi ruhdan, həmçinin ölülər arasından ilk doğulan, yer üzünün padşahlarının başçısı olan sadiq şahid İsa Məsihdən sizə lütf və sülh olsun! Bizi sevən, Öz qanı bahasına bizi günahlarımızdan azad edərək.
Vəhy 1:5
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax27 iyn 2026
Vəhy 6:17 · Malaki̇ 3:2
26 iyn 2026
Bi̇ri̇nci̇ Salnamələr 4:10 · Süleymanin Məsəlləri̇ 10:22
25 iyn 2026
1 Yəhya 3:2 · Yəhya 1:12
24 iyn 2026
Saylar 10:33 · Zəbur 31:15
23 iyn 2026
Yəhya 14:16–17 · Yəhya 16:7
22 iyn 2026
Kolosseli̇lərə 3:3 · Romalilara 6:2
