Keşikçi qapını onun üzünə açar və qoyunlar onun səsinə qulaq asar. O da öz qoyunlarını adları ilə çağırar və onları çölə çıxarar.
YƏHYA 10:3
Gündəlik İşıq
Keşikçi qapını onun üzünə açar və qoyunlar onun səsinə qulaq asar. O da öz qoyunlarını adları ilə çağırar və onları çölə çıxarar.
YƏHYA 10:3
Lakin Allahın atdığı möhkəm təməl bu sözlərlə möhürlənib durur: «Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın».
2 TİMOTEYƏ 2:19
O gün bir çoxları Mənə deyəcək: “Ya Rəbb, ya Rəbb, biz Sənin adınla peyğəmbərlik etmirdikmi? Sənin adınla cinləri qovmurduqmu? Sənin adınla bir çox möcüzələr yaratmırdıqmı?” Onda Mən onlara bəyan edəcəyəm: “Ey qanunsuzluq edənlər, Mən sizi heç vaxt tanımamışam, Məndən uzaq olun!”
MATTA 7:22-23
Çünki Rəbb salehlərin yolunu qoruyur, Pislərinsə yolu onları ölümə aparır.
ZƏBUR 1:6
Mən sənin adını ovuclarımda həkk etmişəm, Ey Sion, divarların daima önümdədir.
YEŞAYA 49:16
Məni qəlbinin başında, qolunun üstündə Bir möhür kimi saxla. Çünki sevgi ölüm qədər qüvvətlidir, Qısqanclıq ölülər diyarı kimi möhkəmdir, Onun odu alovlanır, O, atəşdir, tamamilə yandırıb-yaxır.
NƏĞMƏLƏR NƏĞMƏSİ 8:6
Rəbb xeyirxahdır, dar gündə sığınacaqdır, Ona güvənənləri tanıyır.
NAHUM 1:7
Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm? Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız.
YƏHYA 14:2-3
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
17 iyl 2026
Jonah 4:2
16 iyl 2026
Exodus 19:6
15 iyl 2026
Matthew 6:10
14 iyl 2026
Matthew 12:34
13 iyl 2026
Song of Solomon 7:10
12 iyl 2026
Exodus 33:14
11 iyl 2026
Jeremiah 15:20