18 iyl 2026
Gündəlik İşıq, 19 iyul: Adın müqəddəs tutulsun (Matta 6:9)
Gündəlik İşıq
Çünki Qadir Olan mənim üçün böyük işlər etdi, Onun adı müqəddəsdir!
Luka 1:49
Ya Rəbb, allahlar arasında Sənin kimisi varmı? Müqəddəslikdə əzəmətli, zəhmli və alqışlara layiq, Möcüzələr yaradan Sənin kimisi varmı?
Çixiş 15:11
Ey Xudavənd, allahlar arasında Sənin kimisi yoxdur, Əməllərin kimi əməl yoxdur.
Zəbur 86:8
Ya Rəbb, kim Səndən qorxmaz, Kim Sənin adını izzətləndirməz? Çünki yalnız Sən müqəddəssən.
Vəhy 15:4
Adın müqəddəs tutulsun.
Matta 6:9
Alqış olsun İsrailin Allahı Rəbbə! Çünki Öz xalqına nəzər salıb onları satın aldı.
Luka 1:68
Edomdan, Bosradan al geyimlər geyib Bu gələn kimdir? Təmtəraqlı libas içində, Böyük qüdrətlə gələn kimdir? «O Mənəm, həqiqətlə danışan, Qurtarmağa qadir olan».
Yeşaya 63:1
Bir cəngavərə kömək etdim, Xalqın içindən onu seçib yüksəltdim.
Zəbur 89:19
Bizdə fəaliyyət göstərən qüdrətlə istədiyimiz yaxud düşündüyümüz hər şeydən daha artığını etməyə qadir olan Allaha imanlılar cəmiyyətində və Məsih İsada izzət bütün nəsillər boyunca əbədi olsun!
Efesli̇lərə 3:20–21
Sanki Xermon dağının şehi.
Zəbur 133:3
Arnon vadisi kənarında olan Aroerdən Siyon dağına qədər, yəni Xermona qədər.
Qanunun Təkrari 4:48
Bu məkana bərəkət, əbədi həyat verilsin.
Zəbur 133:3
Mən İsrailə bir şeh olacağam, O, zanbaq kimi çiçək açacaq, Livan sidri kimi kök atacaq.
Huşə 14:5
Qoy təlimim yağış kimi tökülsün, Sözüm şeh kimi düşsün, Çəmən üzərinə düşən narın yağış tək olsun, Ot üzərinə tökülən leysana oxşasın.
Qanunun Təkrari 32:2
Yağış və qar necə göylərdən yağıb oraya qayıtmırsa, Ancaq torpağı sulayıb yeri məhsuldar edirsə, Əkinçiyə toxum, yeyənə çörək verirsə, Ağzımdan çıxan kəlmə də belədir: Boş yerə yanıma qayıtmaz, Ancaq istədiyimi yerinə yetirər, Onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər.
Yeşaya 55:10–11
Çünki Allah Ruhu hədsiz verir.
Yəhya 3:34
Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq.
Yəhya 1:16
Belə yaşamaq qiymətli yağ kimidir ... Harunun saqqalından paltarının yaxasına axırdı.
Zəbur 133:2
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax17 iyl 2026
Yunus 4:2 · Saylar 14:17–18
16 iyl 2026
Çixiş 19:6 · Vəhy 5:9–10
15 iyl 2026
Matta 6:10 · Zəbur 103:20–21
14 iyl 2026
Matta 12:34 · Kolosseli̇lərə 3:16
13 iyl 2026
Nəğmələr Nəğməsi̇ 7:10 · 2 Ti̇moteyə 1:12
12 iyl 2026
Çixiş 33:14 · Qanunun Təkrari 31:6
