Bundan sonra O hər başçını, hər hakimi və hər qüvvəni aradan götürüb Padşahlığı Ata Allaha təslim edəcəyi zaman hər şey tamamlanacaq.
1 KORİNFLİLƏRƏ 15:24
Gündəlik İşıq
Bundan sonra O hər başçını, hər hakimi və hər qüvvəni aradan götürüb Padşahlığı Ata Allaha təslim edəcəyi zaman hər şey tamamlanacaq.
1 KORİNFLİLƏRƏ 15:24
Lakin o günü və o saatı nə səmadakı mələklər, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir. Ehtiyatlı olun, oyaq olun. Çünki bilmirsiniz ki, o an nə vaxt gələcək.
MARK 13:32-33
Sizə söylədiklərimi hamıya deyirəm, oyaq olun!»
MARK 13:37
Bəziləri bunu gecikmə sayar, amma Rəbb vədini yerinə yetirməkdə gecikməz, lakin sizə görə səbir edir. Çünki O heç kəsin həlak olmasını istəmir, amma hər kəsin tövbə etməsini istəyir.
2 PETER 3:9
Siz də səbirli və ürəkli olun, çünki Rəbbin zühuru yaxındır. Qardaşlar, mühakimə olunmamaq üçün bir-birinizdən gileylənməyin. Budur, Hakim qapı arxasında durur!
YAQUB 5:8-9
Bunlara şəhadət edən deyir: «Bəli, tezliklə gəlirəm!» Amin. Gəl, ya Rəbb İsa!
VƏHY 22:20
Hər şey belə məhv olacaqsa, siz nə cür insanlar olmalısınız? Müqəddəs həyat sürməli, mömin olmalısınız.
2 PETER 3:11
Hər şeyin sonu yaxındır. Beləliklə, ağıllı-kamallı olun və dua etmək üçün ayıq durun.
1 PETER 4:7
«Qoy qurşaqlarınız bellərinizdə bağlı və çıraqlarınız yana-yana qalsın. Toy ziyafətindən qayıdan ağasını gözləyən adamlara oxşayın. Onlar ağaları gəlib qapını döyən kimi qapını açmağa hazır olurlar.
LUKA 12:35-36
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
22 iyl 2026
Romans 6:10
21 iyl 2026
Romans 3:1-2
20 iyl 2026
John 17:16
19 iyl 2026
Luke 1:49
18 iyl 2026
John 10:3
17 iyl 2026
Jonah 4:2
16 iyl 2026
Exodus 19:6