5 avq 2026
Gündəlik İşıq, 6 avqust: İndi görün ki, Allah yalnız Mənəm
Gündəlik İşıq
Ata sevdiyi oğlunu necə məzəmmət edərsə.
Süleymanin Məsəlləri̇ 3:12
İndi görün ki, Allah yalnız Mənəm. Başqası yoxdur. Mənəm öldürən və həyat verən, Mənəm yaralayan və şəfa verən, Heç kim əlimdən qurtara bilməz.
Qanunun Təkrari 32:39
Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim.
Yeremya 29:11
«Çünki Mənim fikirlərim sizin fikirləriniz deyil, Sizin yollarınız Mənim yollarım deyil» Rəbb belə bəyan edir.
Yeşaya 55:8
Amma Mən onu dilə tutub Səhraya aparacağam, Onun ürəyincə olan sözlər deyəcəyəm.
Huşə 2:14
Insan öz övladına necə tərbiyə verirsə, Allahınız Rəbb də sizə elə tərbiyə verir.
Qanunun Təkrari 8:5
Hər tərbiyə isə indiki vaxt sevinc deyil, kədər verən bir şey kimi görünür, amma sonradan bu yolda yetişdirilənlərə salehliyin dinclik səmərəsini hasil edir.
İbrani̇lərə 12:11
Allahın qüdrətli əli altında özünüzü aşağı tutun, onda Allah sizi vaxtı çatanda ucaldacaq.
1 Peter 5:6
Ya Rəbb, bilirəm ki, hökmlərin ədalətlidir, Mənə əzab çəkdirsən də, sədaqətin yox olmur.
Zəbur 119:75
Rəbbindir yer üzü və orada mövcud olanlar.
Zəbur 24:1
Amma o bilmirdi ki, Ona taxılı, təzə şərabı, Zeytun yağını verən Mənəm. Baal bütü üçün sərf etdikləri ... Buna görə də öz vaxtında taxılımı, Öz mövsümündə təzə şərabımı geri alacağam. Onun çılpaqlığını örtmək üçün verdiyim.
Huşə 2:8–9
Çünki hər şey Səndəndir və əlindən aldığımızı Sənə verdik. Biz bütün atalarımız kimi Sənin önündə bir qərib və qonağıq. Günlərimiz yer üzündə kölgə kimidir və heç nəyə ümidimiz yoxdur. Ya Rəbb Allahımız, Sənin müqəddəs adına məbəd tikmək üçün hazırladığımız bütün bu var-dövlət Sənin əlinlə verilib, bunların hamısı Sənindir.
Bi̇ri̇nci̇ Salnamələr 29:14–16
Çünki hər şeyin mənbəyi Odur, hər şey Onun vasitəsilə və Onun üçün var oldu. Ona əbədi olaraq izzət olsun! Amin.
Romalilara 11:36
Zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bəsləsinlər.
1 Ti̇moteyə 6:17
Çünki Allahın yaratdığı hər şey yaxşıdır, şükürlə qəbul edilən heç bir şey rədd edilməməlidir. Çünki hər şey Allahın kəlamı və dua ilə təqdis olur.
1 Ti̇moteyə 4:4–5
Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək.
Fi̇li̇pi̇li̇lərə 4:19
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax4 avq 2026
Yəhya 19:30 · İbrani̇lərə 12:2
3 avq 2026
Luka 1:50 · Zəbur 31:19–20
2 avq 2026
Vəhy 13:8 · Çixiş 12:5–7
1 avq 2026
Efesli̇lərə 2:8 · İbrani̇lərə 11:6
31 iyl 2026
2 Ti̇moteyə 2:3 · Yeşaya 55:4
30 iyl 2026
Kolosseli̇lərə 3:1 · Süleymanin Məsəlləri̇ 4:5
