1 avq 2026
Gündəlik İşıq, 2 avqust: Üzümsıxanda üzümü tək sıxdım
Gündəlik İşıq
Yer üzündə yaşayanların hamısı ona səcdə edəcək.
Vəhy 13:8
Özünüzə birillik qüsursuz erkək heyvan götürün ... Qoy axşamçağı bütün İsrail icmasının camaatı onu kəssin. Qurbanın qanından götürüb onu yeyəcəkləri evin qapısının hər iki yan taxtasına və üst dirəyinə sürtsünlər. ... Qanı görəndə yan keçəcəyəm və Misir ölkəsini cəzalandırdığım zaman sizə məhvedici bəla gəlməyəcək.
Çixiş 12:5–7, 13
Yeni Əhdin Vasitəçisi olan İsaya və Habilin qanından daha üstün söz deyən səpilmiş qana yaxınlaşdınız.
İbrani̇lərə 12:24
Çünki bizim Pasxa quzumuz olan Məsih qurban verildi.
1 Kori̇nfli̇lərə 5:7
Allahın əzəldən bilib müəyyən etdiyi məqsədə uyğun olaraq siz bu Şəxsi qanunsuzlara təslim edib onların əli ilə çarmıxa mıxlatdıraraq öldürdünüz.
Həvari̇ləri̇n İşləri̇ 2:23
Öz məqsədinə və lütfünə görə xilas edib müqəddəs olmağa çağırdı. Zaman başlamazdan əvvəl o lütf bizə Məsih İsada verilmişdi.
2 Ti̇moteyə 1:9
Tam hikmət və dərrakə ilə bizə bol-bol göstərdiyi Öz zəngin lütfünə görə biz Oğlunda.
Efesli̇lərə 1:7
Beləliklə, Məsih cismən əzab çəkdiyinə görə siz də eyni düşüncələrlə silahlanın. Çünki cismən əzab çəkən günahdan vaz keçmişdir. Nəticədə cisimdə qalan vaxtını isə artıq bəşəri ehtiraslara görə deyil, Allahın iradəsinə görə yaşayır.
1 Peter 4:1–2
Üzümsıxanda üzümü tək sıxdım.
Yeşaya 63:3
Ya Rəbb, allahlar arasında Sənin kimisi varmı? Müqəddəslikdə əzəmətli, zəhmli və alqışlara layiq, Möcüzələr yaradan Sənin kimisi varmı?
Çixiş 15:11
Rəbb gördü ki, heç kim yoxdur, Havadarın olmadığına görə O mat qaldı. Onda Onun qolu Ona zəfər gətirdi, Salehliyi Ona dayaq oldu.
Yeşaya 59:16
O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq.
1 Peter 2:24
Məsih bizim uğrumuzda lənətlənərək bizi Qanunun lənətindən satın aldı.
Qalati̇yalilara 3:13
Rəbbə yeni bir ilahi oxuyun, Çünki O, xariqələr yaratdı. O, sağ əli ilə, Öz müqəddəs qolu ilə zəfərlər qazandı.
Zəbur 98:1
Allah başçıları və hakimləri tərk-silah edib, onlara çarmıxda qələbə çalaraq aləmdə rüsvay etdi.
Kolosseli̇lərə 2:15
O çəkdiyi iztirablarının bəhrəsini görüb qane olacaq, Mənim saleh qulum öz biliyi ilə çoxlarına bəraət qazandıracaq, Onların şər əməllərinin yükünü üzərinə götürəcək.
Yeşaya 53:11
Ey canım, sən qüvvətlə irəli get!
Haki̇mlər 5:21
Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq.
Romalilara 8:37
Onlar Quzunun qanı və öz şəhadət sözləri vasitəsilə Ona qalib gəldilər.
Vəhy 12:11
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax31 iyl 2026
2 Ti̇moteyə 2:3 · Yeşaya 55:4
30 iyl 2026
Kolosseli̇lərə 3:1 · Süleymanin Məsəlləri̇ 4:5
29 iyl 2026
Yeşaya 64:1 · Nəğmələr Nəğməsi̇ 8:14
28 iyl 2026
Efesli̇lərə 5:2 · Yəhya 13:34
27 iyl 2026
2 Kori̇nfli̇lərə 4:4 · Yeşaya 40:5
26 iyl 2026
İbrani̇lərə 11:8 · Zəbur 47:4
