İbrahim çağırılanda iman vasitəsilə itaətli olub irs alacağı torpağa getdi. O hara getdiyini bilməyərək yola çıxdı.
İBRANİLƏRƏ 11:8
Gündəlik İşıq
İbrahim çağırılanda iman vasitəsilə itaətli olub irs alacağı torpağa getdi. O hara getdiyini bilməyərək yola çıxdı.
İBRANİLƏRƏ 11:8
Sevdiyi Yaqubun fəxri olan torpağı Bizə mülk etmək üçün seçdi. Sela
ZƏBUR 47:4
Onu quraq bir torpaqda, Uğultulu, boş-biyaban səhrada tapdı. Bir sipər kimi onu hifz etdi, Göz bəbəyi kimi onu qorudu. Yuvasında balalarını sövq etdirərək uçuran, Onlar üzərində qanad çalan, Qanadlarını açıb onları tutan, Pərlərinin üzərində aparan qartal kimi Ona yol göstərən yalnız Rəbb idi. Yanında özgə bir allah yox idi.
QANUNUN TƏKRARI 32:10-12
Səni Satınalan, Rəbb, İsrailin Müqəddəsi belə deyir: «Allahın Rəbb Mənəm, Mən sənin xeyrinə səni öyrədirəm, Getdiyin lazım olan yolla səni aparıram.
YEŞAYA 48:17
Budur, Allah əzəməti ilə ucalır, Onun kimi müəllim haradadır?
ƏYYUB 36:22
Gözlə görünənə deyil, imana görə həyat sürürük.
2 KORİNFLİLƏRƏ 5:7
Çünki burada daimi şəhərimiz yoxdur, amma biz gələcək şəhəri axtarırıq.
İBRANİLƏRƏ 13:14
Sevimlilər, sizə yalvarıram, cana qarşı mübarizə aparan cismani ehtiraslardan uzaqlaşın. Çünki siz bu dünyada qərib və gəlməsiniz.
1 PETER 2:11
Qalxın gedin, Çünki bura istirahət yeri deyil. Bu yer murdarlandığına görə Dəhşətli surətdə darmadağın olacaq.
MİKEYA 2:10
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
25 iyl 2026
1 John 3:14
24 iyl 2026
Romans 12:12
23 iyl 2026
1 Corinthians 15:24
22 iyl 2026
Romans 6:10
21 iyl 2026
Romans 3:1-2
20 iyl 2026
John 17:16
19 iyl 2026
Luke 1:49