26 iyl 2026
Gündəlik İşıq, 27 iyul: Məni görən, Atanı görmüş olur
Gündəlik İşıq
Allahın surəti olan Məsihin ehtişamlı Müjdəsinin işığı imansızların üzərinə doğmasın.
2 Kori̇nfli̇lərə 4:4
Rəbbin əzəməti aşkar olunacaq, Bütün bəşər bunu birlikdə görəcək.
Yeşaya 40:5
Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanıtdı. Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük.
Yəhya 1:18, 14
Məni görən, Atanı görmüş olur.
Yəhya 14:9
Oğul Allahın izzətinin əksi və mahiyyətinin tam surətidir.
İbrani̇lərə 1:3
Cismən zühur etdi, Ruh tərəfindən təsdiq olundu.
1 Ti̇moteyə 3:16
Oğlunda satınalınmaya – günahlarımızın bağışlanmasına malikik. Görünməz Allahın surəti və bütün yaradılış üzərində ilk doğulan Odur.
Kolosseli̇lərə 1:14–15
Çünki Allah qabaqcadan tanıdığı adamları Öz Oğlunun surətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin etdi ki, O, çoxlu qardaş arasında ilk doğulan olsun.
Romalilara 8:29
Biz torpaqdan yarananın surətini necə gəzdiririksə, səmavi Olanın surətini də elə gəzdirəcəyik.
1 Kori̇nfli̇lərə 15:49
Döyüş üçün məni qüvvə ilə bürüdün.
Zəbur 18:39
Çünki mən zəifləyəndə qüvvətlənirəm.
2 Kori̇nfli̇lərə 12:10
Asa Allahı Rəbbi çağırıb dedi: «Ya Rəbb, güclülər arasında gücsüzəm, yardım edəcək Səndən başqası yoxdur. Ya Rəbb Allahımız, bizə yardım et, çünki Sən bizim dayağımızsan və Sənin isminlə bu qoşunun üstünə gəlmişik. Ya Rəbb, Allahımız Sənsən, qoy insan Sənə üstün gəlməsin».
İki̇nci̇ Salnamələr 14:11
Rəbb ona yardım etdi.
İki̇nci̇ Salnamələr 18:31
Rəbbə pənah gətirmək İnsana güvənməkdən yaxşıdır. Rəbbə pənah gətirmək Əsilzadələrə güvənməkdən yaxşıdır.
Zəbur 118:8–9
Qoşunun çoxluğu ilə heç bir padşah qurtulmaz, Qolunun gücü ilə heç bir cəngavər zəfər çalmaz. Qələbə üçün at boş şeydir, Qüvvətinin çoxluğu ilə bir kimsə xilas olmaz.
Zəbur 33:16–17
Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qarşıdır. Buna görə Allahın bütün zireh və silahlarını götürün ki, pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir şeyi etdikdən sonra dayana biləsiniz.
Efesli̇lərə 6:12–13
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax25 iyl 2026
1 Yəhya 3:14 · Yəhya 5:24
24 iyl 2026
Romalilara 12:12 · Bi̇ri̇nci̇ Şamuel 3:18
23 iyl 2026
1 Kori̇nfli̇lərə 15:24 · Mark 13:32–33
22 iyl 2026
Romalilara 6:10 · Yeşaya 53:12
21 iyl 2026
Romalilara 3:1–2 · Yeremya 4:4
20 iyl 2026
Yəhya 17:16 · Yeşaya 53:3
