Ya Rəbb, kaş göyləri yarıb enəydin, Dağlar hüzurunda sarsılardı!
YEŞAYA 64:1
Gündəlik İşıq
Ya Rəbb, kaş göyləri yarıb enəydin, Dağlar hüzurunda sarsılardı!
YEŞAYA 64:1
Ey sevgilim, qaç, Ətir saçan dağların üstündə, Bir ahu, bir maral balası kimi ol.
NƏĞMƏLƏR NƏĞMƏSİ 8:14
Ancaq təkcə yaradılış yox, Ruhun nübarını alan biz özümüz də övladlığa qəbul olunmağımızı, yəni bədənimizin satın alınmasını gözləyərək içimizdə inildəyirik.
ROMALILARA 8:23
Ya Rəbb, göyləri yar, aşağı en, Dağlara toxun, qoy tüstülənsin.
ZƏBUR 144:5
soruşdu: «Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq».
HƏVARİLƏRİN İŞLƏRİ 1:11
eləcə də Məsih bir çoxlarının günahını Öz üzərinə götürmək üçün bir dəfə təqdim edilmişdir və ikinci dəfə günahın öhdəsindən gəlmək üçün deyil, xilas gətirmək üçün Onu gözləyənlərə zühur edəcək.
İBRANİLƏRƏ 9:28
O gün deyəcəklər: «Budur bizim Allahımız! Ona etibar etdik, O bizi qurtardı, Rəbb Odur, biz Ona ümid etdik. İndi isə O bizi qurtardığına görə Sevinib şadlanaq!»
YEŞAYA 25:9
Bunlara şəhadət edən deyir: «Bəli, tezliklə gəlirəm!» Amin. Gəl, ya Rəbb İsa!
VƏHY 22:20
Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək.
TİTƏ 2:13
Bizsə səma vətəndaşlarıyıq və oradan Xilaskar olan Rəbb İsa Məsihi həvəslə gözləyirik.
FİLİPİLİLƏRƏ 3:20
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
28 iyl 2026
Ephesians 5:2
27 iyl 2026
2 Corinthians 4:4
26 iyl 2026
Hebrews 11:8
25 iyl 2026
1 John 3:14
24 iyl 2026
Romans 12:12
23 iyl 2026
1 Corinthians 15:24
22 iyl 2026
Romans 6:10