Salehlərin yolu isə dan yeri tək şəfəq saçar, Nurunu artıraraq gündüzə qovuşar.
SÜLEYMANIN MƏSƏLLƏRİ 4:18
Gündəlik İşıq
Salehlərin yolu isə dan yeri tək şəfəq saçar, Nurunu artıraraq gündüzə qovuşar.
SÜLEYMANIN MƏSƏLLƏRİ 4:18
Demirəm ki, indi bunlara malik olmuşam və yaxud kamilləşmişəm. Amma hədəfdən tutmaq üçün qaçıram. Çünki Məsih İsa məni bu məqsəd üçün tutub.
FİLİPİLİLƏRƏ 3:12
Gəlin Rəbbi tanıyaq, tanımağa səy edək. O hökmən dan yeri kimi doğacaq, Yağış kimi, Torpağı sulayan yaz yağışı kimi Yanımıza gələcək».
HUŞƏ 6:3
O zaman salehlər özlərinin Atasının Padşahlığında günəş kimi parlayacaqlar. Qulağı olan eşitsin!
MATTA 13:43
Biz hamımız niqabsız üzdə Rəbbin ehtişamını əks etdirərək Rəbbin surətində dəyişilirik. Ruh olan Rəbdən yaranan bu ehtişam get-gedə bizdə görünməyə başlayır.
2 KORİNFLİLƏRƏ 3:18
Kamillik gələndə məhdud olan aradan qalxacaq.
1 KORİNFLİLƏRƏ 13:10
İndi biz güzgüdəki kimi tutqun görürük, o zaman isə üzbəüz görəcəyik. İndi biliyim məhduddur, o zaman isə haqqımda hər şey bilindiyi kimi mən də hər şeyi biləcəyəm.
1 KORİNFLİLƏRƏ 13:12
Ey sevimlilər, indi biz Allahın övladlarıyıq, amma nə olacağımız hələ üzə çıxmayıb. Lakin bilirik ki, Məsih zühur edəndə biz Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik. Ona bu cür ümid bağlayan hər kəs O pak olduğu kimi özünü pak edir.
1 YƏHYA 3:2-3
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
7 avq 2026
John 14:26
6 avq 2026
Proverbs 3:12
5 avq 2026
Romans 6:4
4 avq 2026
John 19:30
3 avq 2026
Luke 1:50
2 avq 2026
Revelation 13:8
1 avq 2026
Ephesians 2:8