Amma mənim ayaqlarım az qala büdrəmişdi, Addımlarım məni yıxmışdı.
ZƏBUR 73:2
Gündəlik İşıq
Amma mənim ayaqlarım az qala büdrəmişdi, Addımlarım məni yıxmışdı.
ZƏBUR 73:2
Mən «ayağım büdrəyir» deyən zaman, Ya Rəbb, mənə məhəbbətinlə dayaqsan.
ZƏBUR 94:18
Şimon, Şimon! Şeytan sizi buğda kimi xəlbirdən keçirməyə icazə istədi. Amma Mən imanın itməsin deyə sənin üçün dua etdim. Sən də bir zaman geri dönüb öz qardaşlarını qüvvətləndir».
LUKA 22:31-32
Saleh yeddi dəfə yıxılsa belə, yenə qalxar, Şər insan büdrəsə, bəlaya düçar olar.
SÜLEYMANIN MƏSƏLLƏRİ 24:16
Bu insan büdrəsə də, yıxılmaz, Çünki Rəbb onun əlindən tutar.
ZƏBUR 37:24
Halıma sevinmə, ey düşmənim! Mən yıxılsam da, qalxacağam. Qaranlıqda olsam da, Rəbb mənim nurum olacaq!
MİKEYA 7:8
O, altı dəfə dara düşsən belə, qurtarar, Yeddinci dəfə sənə ziyan dəyməz.
ƏYYUB 5:19
Övladlarım, bunları sizə yazıram ki, günah etməyəsiniz. Əgər kimsə günah etsə belə, Atanın hüzurunda Vəsatətçimiz var; O, saleh olan İsa Məsihdir.
1 YƏHYA 2:1
Buna görə O Özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir. Çünki O onlar üçün vəsatətçilik etməkdən ötrü həmişə yaşayır.
İBRANİLƏRƏ 7:25
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
8 sen 2026
Daniel 5:27
7 sen 2026
Romans 12:12
6 sen 2026
Lamentations 3:41
5 sen 2026
1 Corinthians 12:12
4 sen 2026
Ruth 3:18
3 sen 2026
Exodus 13:7
2 sen 2026
Psalms 27:14