Dadın, görün Rəbb nə qədər şirindir, Nə bəxtiyardır Ona pənah gətirənlər!
ZƏBUR 34:8
Gündəlik İşıq
Dadın, görün Rəbb nə qədər şirindir, Nə bəxtiyardır Ona pənah gətirənlər!
ZƏBUR 34:8
Toyağası şəraba çevrilmiş suyun dadına baxdı. O bunun haradan gətirildiyini bilmirdi, bunu yalnız suyu götürən xidmətçilər bilirdi. Toyağası bəyi çağırıb ona dedi: «Hər kəs əvvəlcə əla şərabı, çox içiləndən sonra isə adi şərabı təqdim edir. Amma sən əla şərabı indiyə saxlamısan».
YƏHYA 2:9-10
Çünki damaq yeməyin dadını bildiyi kimi Qulaq da sözləri müəyyən edir.
ƏYYUB 34:3
«İman etdim, buna görə danışdım» deyə yazıldığı üçün eyni iman ruhuna sahib olaraq biz də iman edir və buna görə danışırıq.
2 KORİNFLİLƏRƏ 4:13
Bu əzabları çəkməyimin səbəbi də budur. Amma bundan utanmıram, çünki Kimə iman etdiyimi bilirəm və əminəm ki, mənə verdiyi əmanəti qiyamət gününə qədər saxlamağa qadirdir.
2 TİMOTEYƏ 1:12
Mənim sevgilim oğlanlar arasındadır, Meşədəki ağaclar arasında alma ağacına oxşayır. Kölgəsində oturmaqdan zövq alıram, Meyvəsinin dadı damağımdan getmir.
NƏĞMƏLƏR NƏĞMƏSİ 2:3
Yaxud sən Allahın zəngin xeyirxahlığına, həlimliyinə və səbirli olmağına xor baxırsan? Bəs anlamırsan ki, Onun xeyirxahlığı səni tövbəyə yönəldir?
ROMALILARA 2:4
O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?
ROMALILARA 8:32
Anadan təzə olmuş çağalar kimi pak ruhani südə susayın ki, bununla bəslənib böyüyərək xilasa nail olasınız. Çünki siz daddınız ki, Rəbb nə qədər xeyirxahdır.
1 PETER 2:2-3
Sənə pənah gətirənlərsə qoy sevinsin, Qoy Səni daima mədh etsinlər, Çünki onları Sən qoruyursan. Səni sevənlər sevincdən cuşa gəlsin!
ZƏBUR 5:11
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
16 sen 2026
Proverbs 21:2
15 sen 2026
Romans 6:14-15
14 sen 2026
Isaiah 51:12
13 sen 2026
John 7:37
12 sen 2026
Isaiah 57:18
11 sen 2026
Romans 12:2
10 sen 2026
Jeremiah 32:9