11 sen 2026
Gündəlik İşıq, 12 sentyabr: Əməllərini gördüm (Yeşaya 57:18)
Gündəlik İşıq
Əməllərini gördüm, Amma bu xalqa şəfa verəcəyəm.
Yeşaya 57:18
Çünki sizə şəfa verən Rəbb Mənəm.
Çixiş 15:26
Ya Rəbb, məni yoxlayaraq tanıdın, Oturuşumu-duruşumu Özün bilirsən, Fikirlərimi uzaqdan duyursan. Getməyimə, yatmağıma nəzarət edirsən, Nə yollardan keçdiyimi bilirsən.
Zəbur 139:1–3
Hüzurunda təqsirlərimizi üzə çıxarmısan, Gizli günahlarımıza üzünün işığını salmısan.
Zəbur 90:8
Lakin Onun gözləri qarşısında hər şey çılpaq və açıq-aşkardır. Biz Ona hesabat verəcəyik.
İbrani̇lərə 4:13
Rəbb deyir: «Gəlin indi birgə düşünək bu an, Günahlarınız qıpqırmızı parça kimi görünsə də, Onlar qar kimi ağ olacaq, Tünd qırmızı rəngə çalsa da, Onlar ağ yun kimi bəyaz olacaq.
Yeşaya 1:18
O zaman Allah ona rəhm edib deyər: “Onu quyuya düşməkdən qurtar, Onun üçün kəffarə tapmışam”.
Əyyub 33:24
Bizim üsyankarlığımıza görə onun bədəni deşildi, Şər əməllərimiz naminə əzildi, Bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq.
Yeşaya 53:5
Qəlbi sınıq olanlar üçün, yaralarını sarımaq üçün, Əsirlərə azadlıq, Dustaqlara sərbəstlik elan etmək üçün.
Yeşaya 61:1
Imanın səni xilas etdi. Arxayın get və xəstəliyindən sağal.
Mark 5:34
Rəbb mənimlədir.
Zəbur 118:7
Dar gündə Rəbb sənə cavab versin, Yaqubun Allahının ismi səni hifz etsin! Müqəddəs məskənindən köməyinə çatsın, Siondan sənə dayaq olsun! Biz sənin zəfərlərinə mədh oxuyarıq, Allahımız naminə bayraqlarımızı qaldırarıq! ... Bəziləri döyüş arabaları, bəziləri atları ilə öyünür, Bizsə Allahımız Rəbbin adı ilə öyünürük. Onlar büdrəyəcəklər, yıxılacaqlar, Bizsə qalxıb dik duracağıq.
Zəbur 20:1–2, 5, 7–8
Çünki düşmən azğın bir çay kimi gəldikdə Rəbbin nəfəsi onu qovacaq.
Yeşaya 59:19
Siz insanın qarşılaşdığı sınaqdan başqa bir sınaqla qarşılaşmadınız. Allah sadiqdir və O sizi gücünüzdən artıq sınağa çəkilməyə qoymaz. Sınaqla yanaşı bu vəziyyətdən çıxış yolu ilə də təmin edəcək ki, tab gətirə biləsiniz.
1 Kori̇nfli̇lərə 10:13
Əgər Allah bizimlədirsə, kim bizə qarşı dura bilər?
Romalilara 8:31
Rəbb mənimlədir, heç qorxmaram.
Zəbur 118:6
əgər belə olsa, qulluq etdiyimiz Allahımız bizi odla qızmış sobadan xilas etməyə qadirdir və sənin də əlindən qurtaracaq.
Dani̇el 3:17
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax10 sen 2026
Yeremya 32:9 · Yezekel 36:26
9 sen 2026
Luka 1:53 · Vəhy 3:17–19
8 sen 2026
Dani̇el 5:27 · Bi̇ri̇nci̇ Şamuel 2:3
7 sen 2026
Romalilara 12:12 · Kolosseli̇lərə 1:5
6 sen 2026
Mərsi̇yələr 3:41 · Zəbur 113:5–6
5 sen 2026
1 Kori̇nfli̇lərə 12:12 · Kolosseli̇lərə 1:18
