Gözlərimi dağlara dikirəm, Haradan mənə kömək gələcək? Göyləri və yeri yaradan Rəbdən Mənə kömək gələcək.
ZƏBUR 121:1-2
Gündəlik İşıq
Gözlərimi dağlara dikirəm, Haradan mənə kömək gələcək? Göyləri və yeri yaradan Rəbdən Mənə kömək gələcək.
ZƏBUR 121:1-2
Dağlar Yerusəlimi dövrəyə aldığı kimi Rəbb də indidən sonsuzadək xalqının ətrafındadır.
ZƏBUR 125:2
Ey göylərdəki taxtında Oturan, Gözlərimi Sənə dikmişəm. Ağasının əlinə baxan qul kimi, Xanımının əlinə baxan kəniz tək Biz də Allahımız Rəbbə göz dikmişik, Bizə rəhm etməsini gözləyirik.
ZƏBUR 123:1-2
Sən mənə kömək oldun, Qanadlarının kölgəsində Sənə mədh oxuyacağam.
ZƏBUR 63:7
Ey Allahımız, onlara hökm etməyəcəksənmi? Çünki üzərimizə gələn bu böyük qoşuna qarşı gücümüz yoxdur və biz nə edəcəyimizi bilmirik, ancaq gözlərimiz Sənin üzərindədir».
İKİNCİ SALNAMƏLƏR 20:12
Həmişə gözüm Rəbdədir, Çünki O, ayaqlarımı tələdən xilas edir.
ZƏBUR 25:15
Bizə Rəbbin adından, Göyləri və yeri yaradandan yardım gəlir.
ZƏBUR 124:8
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
18 sen 2026
Psalms 119:18
17 sen 2026
Matthew 12:20
16 sen 2026
Proverbs 21:2
15 sen 2026
Romans 6:14-15
14 sen 2026
Isaiah 51:12
13 sen 2026
John 7:37
12 sen 2026
Isaiah 57:18