İtaətkarları ədalət yolu ilə aparır, Öz yolunu onlara öyrədir.
Zəbur 25:9
Gündəlik İşıq
İtaətkarları ədalət yolu ilə aparır, Öz yolunu onlara öyrədir.
Zəbur 25:9
Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq.
Matta 5:5
Səma altında daha bir şey də gördüm: Yarışı həmişə bərk qaçanlar udmur, Müharibədə həmişə igidlər qalib gəlmir. Çörək həmişə müdriklərə, Var-dövlət həmişə ağıllılara nəsib olmur, Hörmət alimlərə göstərilmir. Ancaq zaman və fürsətdir ki, hər kəsin qabağına çıxır.
Vai̇z 9:11
İnsan ürəyində özü üçün yol qurar, Amma Rəbbin verdiyi istiqamətlə addımlar.
Süleymanin Məsəlləri̇ 16:9
Ey göylərdəki taxtında Oturan, Gözlərimi Sənə dikmişəm. Ağasının əlinə baxan qul kimi, Xanımının əlinə baxan kəniz tək Biz də Allahımız Rəbbə göz dikmişik, Bizə rəhm etməsini gözləyirik.
Zəbur 123:1–2
Hər səhər məhəbbətini mənə hiss etdir, Çünki Sənə güvənirəm. Gedəcəyim yolu mənə öyrət, Çünki varlığımı Sənə verirəm.
Zəbur 143:8
Ey Allahımız, onlara hökm etməyəcəksənmi? Çünki üzərimizə gələn bu böyük qoşuna qarşı gücümüz yoxdur və biz nə edəcəyimizi bilmirik, ancaq gözlərimiz Sənin üzərindədir».
İki̇nci̇ Salnamələr 20:12
Əgər sizlərdən birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək.
Yaqub 1:5
Lakin O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi Özündən söyləməyəcək, nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcək.
Yəhya 16:13
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
6 okt 2026
Vəhy 19:6
5 okt 2026
Zəbur 50:15
4 okt 2026
Çixiş 34:29
3 okt 2026
Vəhy 1:5
2 okt 2026
Levi̇li̇lər 16:22
1 okt 2026
Qalati̇yalilara 5:22–23
30 sen 2026
Əyyub 23:10

İncil
"İncil" sözünün mənası "xoş xəbər" və ya "şad xəbər"dir. Bu söz adətən yalnız dörd İncil üçün istifadə…

İsa Məsih
Xristianlar bu məntiqi İsanın yalnız yaxşı bir insan olduğunu deyən tipik qeyri-xristianlara təqdim…

Rifah
Allah uğuru dünyəvi mövqe və ya görünüşlə deyil, xarakterlə ölçür. Vəftizçi Yəhya və İsadan həqiqi mənəvi…

İman
Yaqubun məktubunu araşdırın, bu, yalnız eşidənlər deyil, Sözün icraçıları olmağa çağırışdır. Həqiqi imanın…

Əbədilik
Bir il zamanın sahəsindədir, daha uzun hissələrin bir hissəsidir və seqmentlərə bölünə bilər. Hətta günəş, ay…

Ürək
Davudun ürəyinin onu Allahın ürəyinə uyğun bir adam edən keyfiyyətlərini araşdırın. Onun bütövlüyünü…