5 noy 2026
Gündəlik İşıq, 6 noyabr: Bədənin çırağı gözdür (Matta 6:22)
Gündəlik İşıq
Həyatınız olan Məsih zühur edəndə siz də Onunla birgə izzətlə zühur edəcəksiniz.
Kolosseli̇lərə 3:4
Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar.
Yəhya 11:25
Allah bizə əbədi həyat verib və bu həyat Onun Oğlundadır. Oğula malik olan şəxsin həyatı var, Allahın Oğluna malik olmayan şəxsin isə həyatı yoxdur.
1 Yəhya 5:11–12
Rəbb Özü əmrini səsləndirməklə, baş mələyin sədası və Allahın şeypuru ilə göydən enəcək. Əvvəlcə Məsihdə olaraq ölənlər diriləcək. Ondan sonra sağ qalan bizlər Rəbbi havada qarşılamaq üçün onlarla birgə buludlar içində götürülüb-aparılacaq və beləcə daim Rəblə olacağıq. Buna görə bir-birinizə bu sözlərlə təsəlli verin.
1 Saloni̇kli̇lərə 4:16–18
Məsih zühur edəndə biz Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik.
1 Yəhya 3:2
əkilən toxum hörmətsiz, dirilən bədən izzətlidir; əkilən toxum zəif, dirilən bədən qüvvətlidir.
1 Kori̇nfli̇lərə 15:43
Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız.
Yəhya 14:3
Məni haqq yolu ilə apar, Həqiqətini mənə öyrət.
Zəbur 25:5
Lakin O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək.
Yəhya 16:13
Lakin siz Müqəddəs Olandan bir məsh almısınız və hamınız biliklisiniz.
1 Yəhya 2:20
Allahın təliminə, şəhadətinə sarı dönün! Əgər onlar Allahın kəlamı ilə danışmasa, onlar üçün nur şəfəqi saçmayacaq.
Yeşaya 8:20
Bütün Müqəddəs Yazılar Allahdan ilham almış və təlim, məzəmmət, islah, salehlik tərbiyəsi üçün faydalıdır; beləcə Allah adamı bacarıqlı olub hər yaxşı iş üçün təchiz edilsin.
2 Ti̇moteyə 3:16–17
Onlar Məsih İsaya olan iman vasitəsilə sənə xilas gətirən hikmət verməyə qadirdir.
2 Ti̇moteyə 3:15
Dedin: «Sənə təlim verəcəyəm, Gedəcəyin yolu öyrədəcəyəm. Nəsihət verəcəyəm, Gözüm sənin üstündə olacaq.
Zəbur 32:8
Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq.
Matta 6:22
Kim Onun iradəsini yerinə yetirmək istəyirsə, təlimimin Allahdan olduğunu.
Yəhya 7:17
Hətta ağılsızlar da keçsələr, Əsla yolunu azmayacaq.
Yeşaya 35:8
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax4 noy 2026
1 Peter 1:6 · 1 Peter 4:12–13
3 noy 2026
Huşə 14:9 · 1 Peter 2:7–8
2 noy 2026
1 Saloni̇kli̇lərə 5:15 · 1 Peter 2:21–23
1 noy 2026
Süleymanin Məsəlləri̇ 8:34 · Zəbur 123:2
31 okt 2026
Zəkəri̇yyə 4:6 · Yeşaya 40:13
30 okt 2026
Mərsi̇yələr 3:26 · Zəbur 77:9
