1 noy 2026
Gündəlik İşıq, 2 noyabr: Siz məhz bunun üçün çağırıldınız
Gündəlik İşıq
əksinə, bir-birinizə və bütün insanlara həmişə yaxşılıq etməyə çalışın.
1 Saloni̇kli̇lərə 5:15
Siz məhz bunun üçün çağırıldınız. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz. O heç bir günah etmədi, Ağzından hiylə sözü çıxmadı. Onu söydülər, O isə cavabında söymürdü ... Əksinə, ədalətli Hakimə Özünü təslim etdi.
1 Peter 2:21–23
Günahkarlardan Ona qarşı olan bu qədər düşmənçiliyə dözən Şəxs barəsində düşünün ki, yorulub ruhdan düşməyəsiniz.
İbrani̇lərə 12:3
Buna görə bu qədər böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün biz hər bir yükü və bizi asanlıqla çaşdıran günahı tərk edib qarşımızdakı yarışda dözümlə qaçaq. Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək. O, qarşısına qoyulan sevincə görə rüsvayçılığı heç sayıb çarmıxa çəkilməyə tab gətirdi və Allahın taxtının sağında oturdu.
İbrani̇lərə 12:1–2
Nəhayət, qardaşlar, doğru, ləyaqətli, saleh, pak, cazibəli, etibarlı nə varsa, əgər əla və tərifə layiq nə varsa, bunları düşünün.
Fi̇li̇pi̇li̇lərə 4:8
Qüdrətli Allah.
Yeşaya 9:6
Bəşər övladlarının ən gözəli sənsən, Dodaqlarından lətafətli sözlər tökülür, Çünki Allah səni əbədilik xeyir-dualı edib. Ey cəngavər, qılıncını belinə bağla, Əzəmətini, ehtişamını göstər. Həqiqət, itaətkarlıq və salehlik naminə ... Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır, Sənin şahlıq əsan insaf əsasıdır.
Zəbur 45:2–4, 6
Keçmişdə bir görüntü ilə Möminlərinə belə söylədin: «Bir cəngavərə kömək etdim.
Zəbur 89:19
Yaxınımın üstünə get Bəyan edir Ordular Rəbbi.
Zəkəri̇yyə 13:7
Allah xilasımdır, Ona güvənəcəyəm və qorxmayacağam, Çünki Rəbb Allahımız qüvvətim, məzmurumdur, O mənə xilas verdi!
Yeşaya 12:2
Bizi həmişə Məsihin zəfər təntənəsində addımladan.
2 Kori̇nfli̇lərə 2:14
Sizi büdrəməkdən qoruyub Öz izzətli hüzuruna böyük sevinclə nöqsansız çıxarmağa qadir olan Xilaskarımız, yeganə Allaha Rəbbimiz İsa Məsih vasitəsilə əzəldən bəri, indi və əbədi olaraq izzət, əzəmət, qüdrət və səlahiyyət olsun!
Yəhuda 1:24–25
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax31 okt 2026
Zəkəri̇yyə 4:6 · Yeşaya 40:13
30 okt 2026
Mərsi̇yələr 3:26 · Zəbur 77:9
29 okt 2026
Nəğmələr Nəğməsi̇ 5:16 · Zəbur 104:34
28 okt 2026
Yeşaya 59:16 · Zəbur 40:6–8
27 okt 2026
Matta 8:17 · Levi̇li̇lər 14:4–7
26 okt 2026
Zəbur 99:1 · Yeremya 5:22
