29 okt 2026
Gündəlik İşıq, 30 oktyabr: Onları çox gözlədəcəkmi?
Gündəlik İşıq
Rəbbə ümid bəsləmək, Sakitcə bizə qurtuluş verməsini gözləmək nə yaxşıdır.
Mərsi̇yələr 3:26
Allah rəhm etməyi unudubmu, Mərhəmətinin yerini qəzəb tutdumu?» Sela.
Zəbur 77:9
Mən təlaşa düşüb demişdim: «Sənin gözlərinin önündən kənara atıldım». Lakin Səni imdada çağıranda Yalvarış səsimi eşitdin.
Zəbur 31:22
Məgər Allah Öz seçdiklərini, gecə-gündüz Ondan imdad istəyənlərin haqqını qorumayacaqmı? Onları çox gözlədəcəkmi? Sizə bunu deyirəm: tezliklə onların haqqını qoruyacaq.
Luka 18:7–8
Rəbbi gözlə, qoy O səni xilas etsin.
Süleymanin Məsəlləri̇ 20:22
Rəbbin hüzurunda sükut et, Onu səbirlə gözlə. Yolunda uğur qazanan Hiyləgər insan üçün narahat olma.
Zəbur 37:7
Bu səfərdə döyüşmək sizə lazım olmayacaq. Ey Yəhudalılar və Yerusəlimlilər, səf bağlayıb durun.
İki̇nci̇ Salnamələr 20:17
Yaxşılıq edərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən düşməsək, vaxtında biçərik.
Qalati̇yalilara 6:9
Rəbbin zühuruna qədər səbirli olun. Görün əkinçi birinci və axırıncı yağış yağanacan səbir edərək torpağın qiymətli məhsulunu gözləyir.
Yaqub 5:7
Tülküləri, kiçik tülküləri tutun, Üzümlükləri korlamağa qoymayın, Çünki bağlarımız çiçəklənib.
Nəğmələr Nəğməsi̇ 2:15
Kim öz səhvlərini duya bilər? Məni gizli təqsirlərimdən təmizlə.
Zəbur 19:12
Diqqət edin ki, heç kim Allahın lütfündən məhrum olmasın, aranızda bir acı kök böyüyüb əziyyət verməsin və bununla bir çoxlarını murdar etməsin.
İbrani̇lərə 12:15
Yaxşı irəliləyirdiniz. Axı həqiqətə itaət etmə yolunuzu kim kəsdi?
Qalati̇yalilara 5:7
Sizdə xeyirli işə başlayan Allah Məsih İsanın zühur edəcəyi günədək bunu başa çatdıracaq. Lakin həyat tərziniz Məsihin Müjdəsinə layiq olsun.
Fi̇li̇pi̇li̇lərə 1:6, 27
Dil də elədir, bədənin kiçik üzvüdür, amma çox öyünür. Baxın, balaca bir qığılcım böyük bir meşəni yandırır! Dil də oddur. Dil bədən üzvlərimizin arasında haqsızlıq dünyasıdır. O bütün bədənimizi ləkələyir və özü cəhənnəmdən odlandırıldığı kimi həyatımızın gedişatını da odlandırır. Amma dili heç bir insan əhliləşdirə bilmir. Dil qarşısıalınmaz bəladır və öldürücü zəhərlə doludur.
Yaqub 3:5–6, 8
Sözünüz duzlu və hər zaman lütflə dolu olsun.
Kolosseli̇lərə 4:6
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax28 okt 2026
Yeşaya 59:16 · Zəbur 40:6–8
27 okt 2026
Matta 8:17 · Levi̇li̇lər 14:4–7
26 okt 2026
Zəbur 99:1 · Yeremya 5:22
25 okt 2026
Matta 28:20 · Yəhya 14:21–23
24 okt 2026
Yunus 2:4 · Yeşaya 49:14–15
23 okt 2026
Luka 12:15 · Zəbur 37:16
