24 okt 2026
Gündəlik İşıq, 25 oktyabr: Məni sevəni Atam sevəcək
Gündəlik İşıq
Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm.
Matta 28:20
Yer üzündə sizlərdən iki nəfər diləyəcəkləri hər hansı bir şey üçün razılığa gələrsə, göylərdə olan Atam onların istəklərini yerinə yetirəcək. Çünki harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların arasındayam.
Matta 18:19–20
Kim əmrlərimə bağlı qalıb onlara riayət edirsə, Məni sevən odur. Məni sevəni Atam sevəcək. Mən də onu sevib Özümü ona zahir edəcəyəm.
Yəhya 14:21
Ya Rəbb, necə olacaq ki, Özünü dünyaya deyil, bizə zahir edəcəksən?» ... Kim Məni sevsə, sözümə riayət edər, Atam da onu sevər və Biz onun yanına gəlib onunla məskən salarıq.
Yəhya 14:22–23
Sizi büdrəməkdən qoruyub Öz izzətli hüzuruna böyük sevinclə nöqsansız çıxarmağa qadir olan Xilaskarımız, yeganə Allaha Rəbbimiz İsa Məsih vasitəsilə əzəldən bəri, indi və əbədi olaraq izzət, əzəmət, qüdrət və səlahiyyət olsun! Amin.
Yəhuda 1:24–25
Hər şeyin sonu yaxındır. Beləliklə.
1 Peter 4:7
Böyük ağ taxt və onun üstündə Oturanı gördüm. Yer və göy Onun önündən qaçdı və onlara yer tapılmadı.
Vəhy 20:11
İndiki yer və göylər isə həmin kəlamla oda təslim olmaq üçün təyin olunub, allahsızların mühakimə və həlak olacağı günədək saxlanılır.
2 Peter 3:7
Allah bizə sığınacaqdır, qüvvətdir, Dar gündə çox kömək edir. Buna görə biz qorxmuruq: Yer üzü alt-üst olsa belə, Dağlar uçub dənizin köksünə aşsa belə, Dalğalar kükrəyib qalxsa belə, Vurub dağları yırğalasa belə, Biz qorxmuruq.
Zəbur 46:1–3
Siz müharibələr və müharibə xəbərləri eşidəcəksiniz. Amma təlaşa düşməyin.
Matta 24:6
Göylərdə Allahın bizə verdiyi binamız, əllə tikilməyən əbədi bir evimiz var.
2 Kori̇nfli̇lərə 5:1
Amma biz Allahın vədinə əsasən salehliyin sakin olacağı yeni göyləri və yeni yeri gözləyirik. Buna görə, sevimlilər, madam ki bunları gözləyirsiniz, Allahın önündə ləkəsiz və nöqsansız olaraq sülh içində yaşamağa səy göstərin.
2 Peter 3:13–14
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax23 okt 2026
Luka 12:15 · Zəbur 37:16
22 okt 2026
Zəbur 108:1 · Zəbur 27:1
21 okt 2026
Yəhya 1:16 · Matta 17:5
20 okt 2026
Romalilara 7:22 · Zəbur 119:97
19 okt 2026
Süleymanin Məsəlləri̇ 3:26 · Zəbur 76:10
18 okt 2026
Yəhya 19:34 · Çixiş 24:8
