28 okt 2026
Gündəlik İşıq, 29 oktyabr: Təpədən dırnağadək gözəldir
Gündəlik İşıq
Təpədən dırnağadək gözəldir.
Nəğmələr Nəğməsi̇ 5:16
Düşüncəm Ona xoş görünsün.
Zəbur 104:34
Sevgilim nur saçır ... O, on minlərin arasından seçilir.
Nəğmələr Nəğməsi̇ 5:10
Seçilmiş, qiymətli bir guşədaşı qoyuram. Ona iman edən kəs əsla utandırılmaz.
1 Peter 2:6
Bəşər övladlarının ən gözəli sənsən, Dodaqlarından lətafətli sözlər tökülür.
Zəbur 45:2
Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki.
Fi̇li̇pi̇li̇lərə 2:9
Çünki Allah Onda tam bütövlüyü ilə yaşamağa.
Kolosseli̇lərə 1:19
Siz İsa Məsihi görməmisiniz, amma Onu sevirsiniz. Hətta siz Onu indi də görmürsünüz, lakin Ona iman edib təsvirolunmaz və izzətli sevinclə hədsiz sevinirsiniz.
1 Peter 1:8
Rəbbim Məsih İsanı tanımağın ali dəyərinin yanında hər şeyi ziyan hesab edirəm. Onun uğrunda var-yoxumu atıb tullantı sayıram ki, Məsihi qazanıb Onda hesab olunum. Belə ki Qanunla gələn öz salehliyimə deyil, Məsihə imandan yaranan, imanla Allahdan gələn salehliyə malik olum.
Fi̇li̇pi̇li̇lərə 3:8–9
Lakin Davud Allahı Rəbdən qüvvət aldı.
Bi̇ri̇nci̇ Şamuel 30:6
Ya Rəbb, biz kimin yanına gedək? Əbədi həyatın sözlərini söyləyən Sənsən.
Yəhya 6:68
Çünki Kimə iman etdiyimi bilirəm və əminəm ki, mənə verdiyi əmanəti qiyamət gününə qədər saxlamağa qadirdir.
2 Ti̇moteyə 1:12
Əzab içində Rəbbə yalvardım, Allahıma fəryad qopardım. O, məbədindən səsimi eşitdi, Fəryadımsa hüzuruna, Onun qulağına yetdi. Fəlakətli günümdə qarşıma çıxdılar, Lakin Rəbb mənə dayaq oldu. O məni genişliyə çıxardı, Məndən razı qalıb məni qurtardı.
Zəbur 18:6, 18–19
Hər zaman Rəbbə alqış edəcəyəm, Ona daim mənim dilim həmd edəcək. Rəblə könlüm fəxr edir, Ey məzlumlar, eşidib sevinin! Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq, Rəbbin ismini birgə ucaldaq. Rəbbə üz tutdum, O mənə cavab verdi, O hər bir dəhşətdən məni xilas etdi. Dadın, görün Rəbb nə qədər şirindir, Nə bəxtiyardır Ona pənah gətirənlər!
Zəbur 34:1–4, 8
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax27 okt 2026
Matta 8:17 · Levi̇li̇lər 14:4–7
26 okt 2026
Zəbur 99:1 · Yeremya 5:22
25 okt 2026
Matta 28:20 · Yəhya 14:21–23
24 okt 2026
Yunus 2:4 · Yeşaya 49:14–15
23 okt 2026
Luka 12:15 · Zəbur 37:16
22 okt 2026
Zəbur 108:1 · Zəbur 27:1
