19 Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığınız, sizdə yaşayan Müqəddəs Ruhun məbədidir? Siz özünüzə məxsus deyilsiniz, 20 çox baha qiymətə satın alınmısınız. Beləliklə, bədəninizlə Allaha izzət gətirin.
13 Aclıq getdikcə o qədər gücləndi ki, heç bir ölkədə çörək tapılmadı. Misir və Kənan ölkələrinin əhalisini aclıq taqətdən salmışdı. 14 Yusif satdığı taxılın əvəzində Misir və Kənan ölkələrində yığılan bütün pulları toplayıb fironun sarayına apardı. 15 Misir və Kənan ölkələrində pul qurtaranda bütün Misirlilər Yusifin yanına gəlib dedilər: «Bizə çörək ver. Gərək qarşında ölək? Axı pulumuz qurtarıb». 16 Yusif dedi: «Onda heyvanlarınızı verin. Əgər pulunuz qurtarıbsa, heyvanlarınızı verin, onların əvəzinə sizə çörək verərəm». 17 Onlar heyvanlarını Yusif üçün gətirdilər. Yusif də atların, qoyun-keçi və mal-qara sürülərinin, eşşəklərin əvəzinə onlara çörək verdi. Həmin il onları heyvanları əvəzinə verdiyi çörəklə saxladı.
18 İl başa çatanda ikinci il yenə onun yanına gəlib dedilər: «Ağamızdan gizli deyil ki, pulumuz qurtarıb, heyvan sürülərimiz də ağamızındır. Ağamızın hüzurunda canımız və torpaqlarımızdan başqa bir şeyimiz qalmadı. 19 Nə üçün gözünün önündə torpağımızla bərabər məhv olaq? Bizi və torpaqlarımızı çörək əvəzinə satın al. Qoy firon bizim də, torpaqlarımızın da sahibi olsun. Toxum ver ki, ölməyib yaşaya bilək, həm də torpağımız səhraya çevrilməsin».
20 Beləliklə, Yusif Misirin bütün torpaqlarını firon üçün satın aldı. Bütün Misirlilər öz zəmilərini satdılar, çünki aclıqdan əzab çəkirdilər. Bütün torpaqlar fironun oldu. 21 Yusif Misir ərazisinin bir ucundan o biri ucuna qədər bütün əhalisini şəhərlərə köçürdü. 22 Yalnız kahinlərin torpağını satın almadı, çünki onlar firondan məvacib alır və fironun verdiyi məvaciblə dolanırdılar. Buna görə də torpaqlarını satmadılar.
23 Yusif xalqa dedi: «Sizi də, torpaqlarınızı da firon üçün satın almışam. Alın, bu sizin toxumunuz, torpağı əkin. 24 Məhsul yığılanda onun beşdə birini firona verin. Beşdə dördünü isə toxumluq olaraq istifadə edin. Həm özünüz, həm külfətiniz, həm də övladlarınız yesin».
25 Xalq isə dedi: «Sən bizim canımızı qurtardın. Qoy ağamızın gözündə lütf tapaq, biz fironun köləsi oluruq». 26 Yusif məhsulun beşdə birinin firona verilməsi barədə Misirdə bir torpaq qanunu qoydu. Bu qanun bu günə qədər qüvvədədir. Yalnız kahinlərin torpaqları firona verilmədi.
1 Allahın və Rəbb İsa Məsihin qulu mən Yaqubdan millətlər arasına səpələnmiş on iki qəbiləyə salam!
Fironun yuxusunun gerçəkləşməsi Yusifin şəxsiyyətindən ayrılmaz idi. Böyük bolluqdan sonra gələn aclıq onu həyatın təminatçısı, dünyanın xilaskarı kimi tanıtdı.
Məsih peyğəmbərliyin mərkəzidir. Tezliklə O, ümumdünya hakimiyyətinə sahib olacaq. Millətlərin bütün ailələri Onun qarşısında baş əyəcəklər (Zəbur 22:27). Lakin imanlılar Ona aid olmaq və Ona ibadət etmək üçün bu zamanı gözləmirlər. İsa onlarda bir iş aparır. O, onların ruhlarının ehtiyaclarını təmin etməklə başlayır. Sonra Yusifin misirlilərlə etdiyi kimi, O, elə işləyir ki, tədricən hər şey Allaha təslim edilir. Tam qurtuluşun sirri, günlərimiz, mallarımız, bədənlərimiz və ürəklərimiz üzərində Ona haqqlarını verməkdir. Rəbb bizim tərəfimizdən bu və ya digər qurbanla kifayətlənmir. O, bizə qazandığı haqqlar səbəbindən bizi tamamilə tələb edir. O, bizi Allah üçün böyük qiymətə satın alıb (1 Korinflilərə 6:19-20). Biz artıq özümüzə aid deyilik, əksinə, Allahın və Rəbb İsa Məsihin xoşbəxt qulları olmuşuq (müq. Yaqub 1:1), bununla bağlı bütün nəticələrlə; bundan sonra biz tamamilə Ona bağlıyıq, yalnız bütün ehtiyaclarımızın təminatı üçün deyil, həm də Onun şərəfinə həyatımızda bəhrə olması üçün.