Dul qadınlar
Allahın insanlıq üçün ilkin təminatı, onların gözəl bir bağda ideal şəraitdə ər-arvad və ailə kimi yaşaması idi. Bu bağın mərkəzində Həyat Ağacı var idi ki, Yeni Əhd bunun Məsihin bir təsviri olduğunu göstərir. Bağ insan xoşbəxtliyi üçün nəzərdə tutulmuşdu ki, bu da Allahla düzgün münasibətdən irəli gəlir.