Çünki özünü ucaldan hər kəs alçaldılacaq, özünü alçaldan isə ucaldılacaq. (Luka 14:11)
TƏVAZÖKARLIQ əla bir lütfdür. Bu, Allahın doldurduğu boş əldir . Özünü bəyənmək zəiflikdir. Biz özümüzə güvənmədiyimiz və beləliklə Allaha söykənməyə yönəldiyimiz zaman ən güclüyük. Boşluq Allahın bərəkət qoyduğu qədəhdir. Qürur ilahi gücə yer qoymur.
Lakin özünə güvənsizlikdədə bir təhlükə var. Bu, bəzən insanı vəzifədən çəkinməyə vadar edir. Bu, Musanın missiyasını demək olar ki, məhv etdi. Bir az daha özünü bəhanə etsəydi, Allah yəqin ki, onu səhrada qoyunları ilə tərk edər, İsraili Misirdən çıxarmaq üçün başqa bir adam axtarardı.
Şübhəsiz ki, bir çox insan bu dünyaya göndərildikləri missiyanı, işə yararsızlıqhissi ilə tamamilə yerinə yetirə bilməmişdir. Allah bizi hər hansı bir vəzifəni öhdəmizə götürməyə açıq şəkildə çağırdığı zaman, biz heç vaçt bacarıqsualını qaldırmamalıyıq. Əgər bizi bu iş üçün təchiz etməsəydi, bizi buna çağırmazdı.
