Patriarxlar və peyğəmbərlər, şahzadələr və şairlər, bütün dövrlərin Allah adamları o günü səbirsizliklə gözləmişlər. İbrahim onu gördü və sevindi, ürəyi coşdu. Allah onunla bağlı böyük və lütfkar vədlər vermişdir, və Allahın nə qədər vədi varsa, «Məsihdə «Bəli»dir, və Ondadır «Amin»» (2 Korinflilərə 1:19-20).
O, ölümü vasitəsilə əbədi qurtuluşu təmin etmişdir; və dirilmiş İnsan olaraq, Allahın şöhrəti üçün hər bir vədi yerinə yetirəcəkdir. Onun etibarlılığı və ilahi qabiliyyəti ağır sınaqlar və çətinliklər, hətta ölüm qarşısında belə sübut edilmişdir. Bu həqiqi Qul hər şeyi möhkəm qurmaq üçün həm kifayət qədər ağıllı, həm də kifayət qədər güclüdür.
O, həm kifayət qədər sevən, həm də kifayət qədər təvazökar; həm kifayət qədər saleh, həm də kifayət qədər lütfkar; kifayət qədər qüdrətli, kifayət qədər böyük; kifayət qədər mülayim və kifayət qədər zəif; kifayət qədər uca, kifayət qədər müqəddəs, kifayət qədər ədalətli; bəli, O, tamamilə mükəmməldir və Onun haqqında əminliklə deyilə bilər: «Rəbbin iradəsi Onun əlində uğur qazanacaq» (Yeşaya 53:10).
Hər şeyin «BƏLİ»si Ondadır, və həmçinin «AMİN»i.





