Davud RƏBB üçün nəsə etmək istəmişdi. Lakin ilahi cavab belə oldu: «Hər şeyi sənin üçün edən Mənəm». Hər kəsin öyrənməli olduğu dərs budur. Allah Özü bizim qurtuluşumuz, istirahətimiz və gələcəyimizlə bağlı hər şey üçün tam məsuliyyəti öz üzərinə götürmüşdür (ayə 19). Bizim heç bir əlimiz olmayan möhtəşəm planlar! «Onun hökmləri nə qədər dərindir, yolları nə qədər anlaşılmazdır!» (Romalılar 11:33). Həqiqətən də bu, «insanların adəti» deyil! (ayə 19).
Bəs Davudun nə etməsi qalır? Sadəcə Allaha şükür etmək. Padşah ilahi hüzura gəlir, oturur və ibadət edir, eynilə imanlının bu gün Rəbbin ətrafında toplanmış xilas olmuşlar cəmiyyətində edə bildiyi kimi, orada olmağa və ilahi istirahətdən artıq zövq almağa haqqı olduğuna dair sakit əminliklə. «Mən kiməm, . . . və evim nədir?» (ayə 18). Nə Davud, sadə çoban (ayə 8), nə də Misirdən çıxarılan İsrail (ayə 6), belə bir mövqe tutmaq üçün özlərinin heç bir ləyaqətinə, heç bir haqqına malik deyillər! Yalnız lütf Davudu və xalqını bu günə qədər gətirmişdir (ayə 18). Və padşahın duası, mükəmməl ünsiyyətin ifadəsi, belə davam edir: «. . . dediyin kimi et, və adın ucaldılsın» (ayələr 25, 26).
Bu xüsusi anda Zəbur 23-ü, xüsusilə də 5 və 6-cı ayələri onun ağzına qoymaqdan məmnun olarıq.