Allahın övladları olaraq ilahi istirahətə daxil olana qədər, biz hələ də yürüşümüzün, xidmətimizin və müharibəmizin əziyyəti ilə üzləşirik. Lakin biz resurslarsız qalmamışıq, bu fəsil bunlardan üçünü qeyd edir. Birincisi, Allahın Kəlamıdır. Bu gün biz Onun səsini eşidirik . . . Bu Kəlam bizim daxili vəziyyətimizə qayğı göstərir. Canlı olaraq, bizə həyat gətirir; güclü olaraq, içimizdə işini görür (Efeslilərə 6:17 onu bizə hücum silahı kimi təqdim edir). Nəhayət, nüfuz edici olaraq, özümüzü onun tərəfindən araşdırmağa icazə verək.
Lakin Kəlamın ifşa etdiyi və qınadığı günahdan başqa, özümüzdə zəiflik və xəstəliklər tapırıq. Allah bunları iki başqa resursla təmin etmişdir. O, bizə böyük, anlayışlı və şəfqətli bir Baş Kahin vermişdir. Burada aşağıda İnsan olaraq, Məsih «ehtiyac anında» zəif qurtulmuş xalqına qarşı bütün müxtəlif sevgisini göstərə bilmək üçün hər cür insan əzabını yaşamışdır. İkincisi, O, bizə lütf taxtına yolu açmışdır. Bizə orada dua ilə daha çox azadlıq və inamla gəlmək tövsiyə olunur, çünki orada sevimli Xilaskarımızla görüşürük. Kömək üçün ora, və yalnız ora müraciət edirikmi? (Zəbur 60:11).
