İsrail Allahın yer üzündəki bütün ailələr arasından Özü üçün seçdiyi bir ailə idi. «Buna görə də . . .», RƏBB davam edir, Öz seçiminin ən sərt öhdəlikləri özü ilə gətirdiyini göstərmək üçün. Bir daha deyək: əlaqə nə qədər yaxın olsa, məsuliyyət də o qədər böyük olar (Matta 11:20-24 oxuyun). Eyni səhvlər bir yad adam, bir qul və ya bir oğul tərəfindən törədildiyinə görə fərqli qiymətləndiriləcək.
Allah Öz xalqını hökmdə ziyarət etməyə hazırlaşır. Lakin əvvəlcədən xəbərdarlıq edilmədən heç nə edilməyəcək. Şirin nəriltisi mal-qara üçün ən təsirli həyəcan siqnalıdır. Tekoalı çoban Amos bunu yaxşı bilirdi və xalqı laqeydlikdən döndərməyə çalışır. «Elan edin . . . Eşidin . . .,» o qışqırır. Lakin Allah da xalqı yuxudan və ürək sərtliyindən oyatmaq üçün başqa bir səslə danışacaq. Amosun bütün peyğəmbərliyi iki il sonra baş verəcək zəlzələyə işarələrlə doludur (Amos 1:1 sonu; Amos 2:13-16; Amos 3:14-15; Amos 6:11; Amos 9:1; Amos 9:11, və s. . . .).
Lütf sayəsində Allahın səmavi ailəsinə aid olan bizlər, Atamızın bizi xəbərdar etdiyi bütün yollara diqqət yetirək.
